Bir çox mövzuda konspirasiya nəzəriyyələri eşitməyə öyrəşmişik. Amma məsələ Yaxın Şərq olduqda plan və layihələri təkcə konspirasiya nəzəriyyəsi kimi dəyərləndirmək çətinləşir. Çünki zaman keçdikcə Yaxın Şərq üzərində qurulan ssenarilərin bir hissəsinin həyata keçirildiyini gördük. Dövrümüzün ssenariləri isə həmin planları quranlar tərəfindən artıq gizlədilmir.
I Dünya müharibəsi hələ davam edərkən, dərin dövlət planları daxilində Yaxın Şərqi formalaşdıran müxtəlif xəritələr formalaşdırılmışdı. Hələ parçalanmamış Osmanlı torpaqları bağlı qapılar ardında çoxdan bölüşdürülmüş, bir-birilə qardaş, dindaş, soydaş yaşayan insanlar arasında çoxdan sədlər çəkilmişdi. Müharibə davam edərkən hazırlanmış 6 gizli razılaşmadan xəbərimiz olmasa, bütün bunların şişirdildiyini və ya fantaziya olduğunu deyərdik. Əgər Says-Piko sazişini imzalayanlardan biri olan Rusiyanın Qərblə münasibətləri pozulmasaydı, bəlkə də gizli planların miqyasını heç vaxt bilməzdik.
I Dünya müharibəsi çoxdan bitib və Yaxın Şərq stol arxasında planlaşdırıldığı kimi xətkeşlə bölünüb. Bu vəziyyət Yaxın Şərq üzərində haqq iddia edənlərin planlarına həqiqi mənada yol açmaqla qalmayıb, gələcək nəsillər üçün bir növ ilham qaynağı olub. “Konstruktiv xaos” adı verilən termin məhz bu ilhamla ortaya çıxan, Yaxın Şərqi zorakılıq və münaqişələrdən istifadə edərək daha kiçik hissələrə ayıracaq, daha çox qan tökəcək gizli planlardan biridir. Oxumağa davam et