Səbr Etmək

Hə­ya­tı­nı İs­la­ma uy­ğun şə­kil­də qur­maq və bu hə­yat tərzi ilə üst-üstə düşməyən dav­ra­nış­lar­dan özü­nü uzaq tut­maq mö­mi­nin ger­çək­ləş­di­rə bi­lə­cə­yi iba­dət­dir. Bu barədə qə­tiyyətli ol­maq, gü­zəş­tə get­mə­mək və za­ma­nın yo­ru­cu tə­si­rin­dən qo­run­maq üçün səbr etmək lazımdır.

Bu sə­bəb­dən səbir və dö­züm anlayışları fərqlidir. Dö­züm, müəyyən sı­xın­tı və kə­dərə tab gətirməkdir. Hal­bu­ki mö­mi­nin ma­lik ol­du­ğu səbir anlayışı fərq­li­dir; səbir edən mö­min ba­şı­na gə­lən sı­xın­tı­la­ra gö­rə qəm çək­məz, ək­si­nə, Al­la­ha olan ya­xın­lı­ğı da­ha da ar­tar və do­la­yı­sı i­lə se­vin­ci, hə­yə­ca­nı və şöv­qü da­ha da yük­sək olar. Qu­ra­nın bir çox ayə­sin­də səbr etmək əmr edil­miş­dir:

«Sən səbr et. Şüb­hə­siz ki, Al­la­hın və­di haq­dır. Qoy qə­ti inan­ma­yan­lar sə­ni səni etinasızlığa sövq etməsinlər.!» («Rum» su­rə­si, 60).

« Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!» («Ali-İm­ran» su­rə­si, 200).

Oxumağa davam et

Ölənə Qədər Səbir

İnsan xarakter olaraq tələskən yaradılmışdır və bu xüsusiyyətinə görə də bir çox səhvlər edir. Halbuki Quranda insanın bu tələskənliyindən əl çəkməsi və Allah üçün səbr etməsi tövsiyə edilir. Mömin Allahın vəd etdiyi böyük nemət və qurtuluşu gözləməyi və buna görə səbr etməyi bacarmalıdır. Bu, bir ibadətdir. Ayədə “Rəbbin üçün səbr et” (Muddəssir Surəsi, 7) hökmü verilir. Həm Allah yolunda mübarizənin, həm də Allaha yaxınlaşmaq üçün gedilən yolun ən əhəmiyyətli nemətlərindən biri səbirdir. Bir ayədə belə buyurur:

“Ey iman edənlər! Səbr edin, dözümlü olun, növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!” (Ali-İmran Surəsi, 200)

Oxumağa davam et