Yer kürəsinin həyat üçün ən zəruri şərtləri, əvvəla, temperaturu və atmosferidir. Göy planet, canlıların, xüsusilə də bizim kimi olduqca mürəkkəb canlı varlıqların yaşaya biləcəyi temperatur səviyyəsinə və tənəffüs edə biləcəyi atmosferə malikdir. Lakin bu iki amil də, bir-birindən olduqca fərqli amillərin hər biri üçün ideal qiymətlərin müəyyənləşdirilməsi sayəsində mümkün olmuşdur.
dunya temperaturu
Həyat üçün zəruri olan tarazlıqlar siyahısı
Yer kürəsini araşdırdığımız vaxt, demək olar ki, bitməyəcəkmiş kimi görünən olduqca uzun “həyat üçün lazımi tarazlıqlar” siyahısını yaza bilərik. Məsələn, Amerikalı astronom Hyu Ros (Hugh Ross), Yerin həyat üçün əlverişliliyi ilə əlaqədar bəzi maddələri belə sadalayır:
Yerin cazibə qüvvəsi:
- Əgər daha güclü olsaydı: Yer kürəsi atmosferi xeyli ammonyak və metan toplayar, bu da həyat üçün çox əlverişsiz olardı.
- Yox əgər daha zəif olsaydı: Yer kürəsi atmosferi çox su itirər və həyat mümkün olmazdı.
Dəniz suyunun ekosistemə təsiri
Dəniz suyunun duzluluğu necə meydana gəlmişdir?
Dəniz suyunun duzluluq faizi nə üçün dəyişmir?
Okeanlarda yaşayan planktonlar dünyanın temperaturuna necə təsir edir?
Dəniz suyunun duzlu olduğu hamıya məlumdur. Dəniz suyunun duzluluğu çox həssas ölçüdədir. Aparılan tədqiqatlarla dəniz suyunun orta duzluluq dərəcəsinin 3.5% olduğu və bu faizin sabit qaldığı müəyyən edilmişdir. Bu, 1 mil (1.6 km) suda təqribən 186 milyon ton duz olması deməkdir. Məsələn, okeanlardakı bu qədər duz ilə qitələri 152300 metr qalınlığında duz təbəqəsi ilə tamamilə örtmək mümkündür. Oxumağa davam et