Şeytanın əmri: Düşünməyin

Düşünmək qabiliyyəti insana dünya həyatında verilən ən böyük nemətlərdən biridir. Çünki insan düşünərək Allahʹın sonsuz gücünü, nhkainatdakı qüsursuz sənətini qavrayır. Düşünən insan dünyada olan hər xırdalığın bir çox hikmətlə yaradıldığını, ölümün yaxın olduğunu və dünya həyatında yerinə yetirməli olan vəzifələri olduğunu qavrayır. Quranda bir çox ayədə yalnız düşünən insanların öyüd ala biləcəyi, Allahʹın varlığının dəlillərini ancaq onların görəcəklərini bildirmişdir. Quranın nazil olma məqsədi “Sənə nazil etdiyimiz mübarək bir kitabdır ki, onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də ibrət alsınlar! “ (Sad surəsi, 29) ayəsində xəbər verildiyi kimi, insanların ayələr üzərində dərin düşünmələridir.            Oxumağa davam et

Heç bir rəngin olmadığı qapqaranlıq bir dünyada yaşamaq necə olardı, heç düşünmüsünüz?

 267362Canlılar işıq və duyğu sistemlərinə görə işləyən “rəng dili”nə malikdirlər. Hər canlı yaşadığı mühitdəki rənglərin dilini bilir. Bu incə sistemi və canlılar arasındakı uyğunluğu yaradan bütün aləmlərin Rəbbi olan Allah’dır.

Bir anlıq bütün ön mühakimələrinizdən xilas olaraq, indiyə qədər öyrəndiyiniz hər şeyi bir kənara qoyaraq düşünün. Bədəninizin, ətrafınızdakı insanların, dənizlərin, səmanın, ağacların, çiçəklərin, qısası, hər şeyin qapqara olduğunu təsəvvür etməyə çalışın. Ətrafınızda heç bir rəngin olmadığını düşünün. Ətrafınızdakı insanların, pişiklərin, itlərin, quşların, kəpənəklərin, meyvələrin heç rəngi olmasaydı, nələr hiss edərdiniz? Oxumağa davam et

Qəflətdən Xilas Olmaq Üçün

1150297_448299871951374_1241025494_nQuran oxumaq və ayələr üzərində düşünmək

Qəflət təhlükəsinə qarşı ən yaxşı üsul Allah`ın qullarına yol göstərən bir nur olaraq endirdiyi Quranı oxumaq və onun üzərində düşünməkdir. Quran oxumaq insanın Allah`a yaxınlaşıb Rəbbimizin üstün elm və qüdrətini qavramasına kömək edir. Bundan başqa, insanın daha əvvəl bilmədiyi, düşünmədiyi və düşünüb cavabını tapa bilmədiyi bir çox mövzuda ən açıq və ən doğru məlumatı verir. Bu səbəblə, Quranı səmimi niyyətlə oxuyan və anlayan bir insan qəlbi razı halda Allah`a yönələr. Oxumağa davam et