HZ. MEHDİNİN (ƏS) DÖVRÜNDƏ BÜTÜN DÜNYAYA BƏNZƏRSİZ ƏDALƏT HAKİM OLACAQ

25915123a8b01ea05dd6Uca Allah Qurani-kərimdə İslam əxlaqını yer üzünə hakim edəcəyini bildirmişdir. Peyğəmbərimiz (səv) də hədislərində bu böyük, mübarək hadisəyə axırzamanda hz. Mehdinin (əs) vəsilə olacağını xəbər vermişdir. Quran əxlaqına uyğun olaraq və Peyğəmbərimizin (səv) bildirdiyi kimi, İslam əxlaqı sevgi ilə hakim olacaq. İslam əxlaqının hakim olması ilə yer üzü sülh və əmin-amanlığa qovuşacaq, hər cür qarışıqlığa, münaqişəyə, anarxiya və terrora son qoyulacaq. Axırzamanın qarışıqlığından və zülmündən əziyyət çəkən insanlar İslam əxlaqını yer üzünə hakim edəcək hz. Mehdinin (əs) ədalətindən, mərhəmətindən, comərdliyindən, sevgisindən, diqqətindən razı qalacaqlar. Oxumağa davam et

Hz. Muhəmmədin (səv) bütün bəşəriyyətə nümunə olan həyatı

manzara-1Allah insanlara xəbərdar edən və qorxudan kimi göndərdiyi elçilərinə insanlar arasında ədaləti bərqərar etməyi əmr etmişdir. Son peyğəmbər olan hz. Muhəmməd (səv) də ona vəhy gəldiyi Məkkədə İslam dinini ədalətlə yaymağa başlamışdır.

Həmin dövrdə Ərəbistanda, xüsusilə də Məkkənin ictimai sistemində çoxlu problemlər var idi. Cahiliyyə dövrü adlandırılan İslamdan əvvəlki bu dövrdə millətlər və dinlər arasında ciddi ayrı-seçkilik və bu ayrı-seçkilikdən qaynaqlanan narazılıqlar, müxtəlif dinlərə mənsub qövmlər arasında qeyri-tolerant münasibət, qəbilələr arası münaqişələr, ədalətsiz iqtisadi nizam, soyğunlar, varlılar və kasıblar arasında böyük uçurumlar və daha bir çox ədalətsiz icraatlar mövcud idi. Ədalət tətbiq olunmur, zəiflər gücü və pulu olanlar tərəfindən əzilir, insanlara milliyyətləri, dinləri və dillərinə görə zülm edilirdi. İnsanlar bir qarın yemək üçün ağır şəraitdə işlədilir, əziyyət görürdülər.

Oxumağa davam et

PEYĞƏMBƏRLƏR ƏDALƏT GƏTİRİBLƏR

15İnsanların böyük əksəriyyətinin fikrincə, Allahın Quranda təsvir etdiyi ədalətin hakim olduğu mühit sadəcə kitablarda təsvir edilən və insanların xəyallarını bəzəyən utopiyadır. Bu düşüncəyə görə əsil ədalətin hakim olduğu cəmiyyətin olması əsla mümkün deyil. Halbuki bəşəriyyət tarixi boyu Quranda əmr edilən ədalətin hökm sürdüyü, insanlar arasında əmin-amanlıq, sevgi və təhlükəsizliyin olduğu dövrlər olmuşdur.

Allahın insanları xəbərdar etmək üçün göndərdiyi elçilərin yaşadığı cəmiyyətdə tolerantlıq, sülh və ədalət hökm sürmüşdür. Allahın “Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz.” (Yunus surəsi, 47) ayəsində bildirdiyi kimi, bu dövrlərdə heç kimə zülm edilməmiş, insanlar arasında ədalət hakim olmuşdur.

Oxumağa davam et

Bir camaata qarşı bəslənən kin möminləri ədalətdən çəkindirməz

204521042014Bir insanın ədalətli qərar verməsinin, ağıllı düşünməsinin və ağıllı davranmasının qarşısını alan amillərdən biri qarşısındakı insana və ya camaata qəzəbi, kinidir. Əslində, bu, dövrümüzün cahiliyyə cəmiyyətində çox geniş yayılmış düşüncə tərzidir. Bəzi insanlar düşmənçilik etdikləri insanlara qarşı asanlıqla hər cür ədalətsizlik, əxlaqsızlıq edirlər. Bəzən bir adamın üstünə törətmədiyi əmələ görə böhtan atır, təqsirsiz olduğunu bilsələr belə, onun əleyhinə şahidlik edirlər. Bu cür düşmənçiliyə görə günahsız yerə bir çox insan əziyyət çəkir. Bəzi insanlar doğrunu bildiklərinə baxmayaraq, düşmən hesab etdikləri insanların lehinə şahidlik etmir, əllərində bu insanın təqsirsizliyini sübut edən dəlil olsa belə, üzə çıxarmırlar. Hətta bu insanın başına böyük bəla gəlməsi, haqsızlıqla qarşılaşması və ya zülm görməsi onları sevindirir. Ən böyük narahatlıqları isə ədalətin üstün gəlməsi və bu insanın təqsirsizliyinin ortaya çıxmasıdır.

Oxumağa davam et

Veriləcək qərar öz yaxınları ilə əlaqədar olsa da, mömin ədalətlə hökm verməlidir

esitlikadaletƏdalət deyiləndə, bəlkə də, ədalətli davranmağın çox asan olduğunu, bütün qərarlarınızda həmişə ədalətli davrandığınızı düşünə bilərsiniz. Ancaq verəcəyiniz ədalətli qərar nəticəsində bir yaxınınız, ananız, atanız və ya qohumunuz fiziki və ya mənəvi sıxıntıya düşsə, yenə də bu qərarı asanlıqla verərsinizmi? Sevdiyiniz, ancaq doğru yoldan çıxmış bir şəxs barəsində qərar verərkən tərəfsiz, dürüst ola bilərsinizmi?

Oxumağa davam et

Allah yetimlərlə ədalətlə davranmağı qəti əmr etmişdir

poor, sad little child girl sitting against the concrete wall

Quranda ədalətin qorunmasına dair verilən nümunələrdən biri də yetimlərin malları ilə bağlıdır. Ayələrdə yetimlər öz mallarını sərbəst idarə edə biləcək yaşa çatana qədər ədalətlə onların malından istifadə etmək əmr edilmişdir. Ənam surəsində belə buyurulur:

Yetim həddi-buluğa çatana qədər, – xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin… (Ənam surəsi, 152)

Allah başqa ayələrində də yetimlər həddi-buluğa çatmadan onların mallarını tələm-tələsik sərf etməməyi xatırladır, insanları tam ədalətlə davranmağa çağırır. Bu barədəki ayələrdən bəziləri aşağıdakılardır:

Yetimlərin mallarını özlərinə verin və pisi yaxşı ilə dəyişdirməyin! Onların mallarını öz mallarınıza qatıb yeməyin! Həqiqətən, bu, böyük günahdır. (Nisa surəsi, 2) Oxumağa davam et

Ədalət bütün insanlar arasında, dil, irq, etnik mənşə nəzərə alınmadan bərabər tətbiq edilməlidir

adalet (1)

Dünyada baş verən hadisələri təhlil etdikdə ədalətin yer, zaman və şəxslərə görə fərqli şəkildə tətbiq olunduğuna şahid oluruq. Məsələn, bəzi ölkələrdə insanların dərisinin rəngi ədaləti tətbiq edən insanların qərarına təsir edir. Ağdərili insanla qaradərili insan eyni vəziyyətdə olduqda onlar haqqında ədalətlə hökm verilmir. Bəzi ölkələrdə irq çox böyük əhəmiyyət daşıyır. Keçən əsrdə Hitlerin ari irqi digər irqlərdən üstün görüb milyonlarla insanı məhz irqinə görə məhv etmək istəməsi buna nümunədir. Dövrümüzdə də milliyyətinə, dərisinin rənginə görə zalım, ədalətsiz rəftarla qarşılaşan insanlar var. ABŞ-da və Cənubi Afrikada illərlə qaradərili irqlə ikinci sinif insan kimi rəftar edilmiş, çoxlu sayda Asiya və Afrika ölkəsində məhz irq fərqinə görə şiddətli münaqişələr baş vermişdir.

Oxumağa davam et