Texnologiyaya İlham Mənbəyi Olan Dəniz Canlıları

Molyuskların su püskürtmə sistemi və generatorlar

Kalmar, mürəkkəb böcəyi və osminoq kimi başıayaqlı molyusklar su püskürtmə sistemi ilə üzürlər. Polbo_pulpo_galiciaMühəndislər molyuskların bu xüsusiyyətindən ilham alaraq sürət texnologiyasını təkmilləşdirməyə çalışırlar.

Uca Allah başıayaqlı molyuskların sürətlərini artırmaları üçün xüsusi sistem yaradıb. Mühəndislərin heyranlıqla və diqqətlə tədqiq etdikləri bu sistem qüsursuz işləyir. Bu canlıların reaktiv üzmə sistemi uca Allah`ın onlar üçün yaratdığı xüsusi bədən quruluşlarından qaynaqlanır. Bəs bu canlıların bədən quruluşu necədir? Oxumağa davam et

Eşitmə Anında Nələr Baş Verir?

qulaqYolda qarşılaşdığınız bir dostunuz sizə salam verdikdə dostunuzdan gələn səs dalğalarını qulaq seyvanı toplayır. Səs 0.02 saniyədə 6 m yol qət edir.
İki qulağın içində titrəyən hava sürətlə orta qulağa qədər məsafəni qət edir. 7.6 mm diametri olan qulaq pərdəsi titrəməyə başlayır. Bu titrəyiş 3 sümüyə ötürülür. Səs titrəyişləri, beləliklə, mexaniki titrəyişə çevrilir. Sonra isə bu sümüklərdəki titrəyişlər daxili qulağa ötürülür və buradakı ilbizə bənzəyən “cochlea” adlı orqanın içində yerləşən xüsusi mayeni hərəkətə gətirir Oxumağa davam et