Albert Eynşteyn

imagesAlbert Eynşteyn:

 “İnsanın həqiqi hədəfini din müəyyən edir. Ancaq hansı vasitələrə istinad edilməsinin vacibliyi məsələsində elmin də söyləyəcəyi şeylər var. Elm həqiqəti qüsursuz öyrənmək istəyənlər tərəfindən formalaşdırılıb müəyyən çərçivələrə salınır. Lakin yenə də bunun mənbəyində böyük ölçüdə din var. Mən dərin imana sahib olmayan hər hansı bir elm adamı təsəvvür edə bilmirəm.”

 (Albert Einstein, Science, Philosophy, And Religion: A Symposium,- 1941, part 3)

Müsəlmanlar və Elm

İslam əxlaqının insanlığa yönəltdiyi işıqlardan biri də elmi düşüncədir. İslamdan əvvəl ərəblər və digər Yaxın Şərq cəmiyyətləri kainatın və təbiətin necə var olması və hərəkəti barədə heç maraqlanmırdılar. Bu suallar üzərində düşünməyi, bunların cavablarını araşdırmağı ilk dəfə Qurandan öyrənmişdilər. Allah Quranda inananlara, göylərin və yerin necə var olduğunu araşdırmalarını əmr etmişdir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali- İmran Surəsi, 191) Oxumağa davam et