Avropa qitəsi, eramızın 2-ci əsrindən etibarən mərhələli şəkildə Xristianlığı qəbul etmiş və bu Xristian mədəniyyəti “Maarifçilik Dövrü” deyilən dövrə qədər bu qitəyə hakim olmuşdur. Maarifçilik hərəkatı, bir sıra avropalı mütəfəkkir və elm xadimlərinin Qədim Yunan və Romanın bütpərəst mədəniyyətindən təsirlənərək dinə qarşı hücumları ilə başlamış və 18-ci əsrdə daha da genişlənmişdir. Maarifçilik hərəkatının ən böyük siyasi nəticəsi isə “din əleyhinə inqilab“ da hesab olunan Fransız İnqilabıdır.
Fransız İnqilabının fikri təməli Volter (Voltaire), Diderot, Monteskyü (Montesquieu) kimi din əleyhdarı mütəfəkkirlərin təlqinləri ilə meydana gəlmişdir. İnqilab zamanı isə Maarifçilik hərəkatının din əleyhdarı və pagan (bütpərəst) meylləri açıq-aydın büruzə vermişdir. İnqilaba liderlik edən yakobenlərin fəal təbliğatı nəticəsində geniş şəkildə “dinsizləşmə” hərəkatı inkişaf etmiş və əslində yeni pagan dini yaradılmağa cəhd edilmişdir. İlk əlamətləri 14 İyul 1790-cı ildə, Federasiya Bayramında görülən “inqilabçı ibadət” sürətlə yayılmışdır. İnqilabın əli qanlı liderlərindən olan Robespyer (Robespierre) “inqilabçı ibadət”ə yeni qaydalar gətirmiş, bu ibadətin qanunlarını raport halına gətirərək adını “Uca Varlıq İbadəti” qoymuşdur. Parisdəki məşhur Notr Dam Kilsəsi öz deyimləriylə “ağıl məbədi”nə çevrilmiş, Kilsə divarlarındakı xristian fiqurları sökülmüş və mərkəzdə “ağıl tanrısı” adlandırılan qadın heykəli yerləşdirilmişdi. Fransız İnqilabı ərzində bir çox din adamı öldürülmüş, dini təşkilatlar yağmalanmış, məhv edilmişdir. Oxumağa davam et →
Bunu bəyən:
Bəyən Yüklənir...