Orqanizmimizin ağıllı silahları: antitellər

servier-ve-macrogenis-den-kanser-antikor-arastirma-ortakligi-isbirligi-dartİnsan orqanizminin ən mühüm, təəccüblü sistemlərindən olan immun sisteminin çox həyati funksiyası var. İnsan fərqinə varsa da, varmasa da, bu sistemin bütün vahidləri eynilə bir ordu kimi orqanizmi qorumaq üçün vuruşur və bu işi dəqiqliklə yerinə yetirirlər.

Bakteriya, virus və bənzər mikroorqanizmlərə qarşı bədəni müdafiə edən hüceyrələr güclü döyüşçülərdir və qeyri-adi bacarıqları var.

Yad orqanizmlər bəzən dəri, tənəffüs və həzm sistemi kimi maneələrdən keçərək bədənə daxil olmağı bacarırlar. Ancaq onları immun sisteminin güclü döyüşçüləri gözləyir. İmmun hüceyrələri adlandırılan bu döyüşçülər faqositlər, makrofaqlar, limfositlər kimi hüceyrələrdir. Oxumağa davam et