Hüceyrələrdəki keyfiyyətə nəzarət sistemi

Bir fabrikdə xətalı istehsal olunan mal satışa çıxarılmır; məhsul ya istehsal olunmur, ya da xətalı hissəsi düzəldilib yenidəngbzadpcxcktz14c2e28-300x225 istehsal olunur.

Bəs bir fabrik kimi işləyən orqanizmimizin hər hansı bir hissəsində xətalı emal prosesi olarsa, nə baş verər?

Bədənimizdə xətalı emal prosesinin qarşısını alan mexanizm varmı?

Orqanizmimizin ən kiçik vahidi olan hüceyrədəki emal sistemini dünyada hələ bənzəri təsis edilməmiş, çox qabaqcıl texnologiya ilə işləyən xəyali fabrikə bənzədə bilərik. Oxumağa davam et

Maddənin Həqiqi Mahiyyəti – 1

XƏBƏRDARLIQ!

OXUYACAĞINIZ BU MƏQALƏ, HƏYATIN ÇOX MÜHÜM SİRRİNİ EHTİVA EDİR. MADDİ DÜNYAYA BAXIŞ BUCAĞINIZI KÖKÜNDƏN DƏYİŞDİRƏCƏK BU MÖVZUNU, ÇOX DİQQƏTLİ ŞƏKİLDƏ VƏ DƏRK EDƏRƏK OXUMALISINIZ. BURADA İZAH EDİLƏN MƏSƏLƏLƏR FƏRQLİ DÜNYAGÖRÜŞÜ, FƏRQLİ YANAŞMA VƏ YA HƏR HANSI FƏLSƏFİ DÜŞÜNCƏ DEYİL; DİNƏ İNANAN-İNANMAYAN HƏR KƏSİN QƏBUL EDƏCƏYİ, MÜASİR ELMİN DƏ SÜBUT ETDİYİ QƏTİ HƏQİQƏTDİR.

Dünyanı ağıl və vicdanla müşahidə edən insan kainatdakı canlı-cansız hər şeyin yaradıldığını dərk edər. Bəs bütün bunlar kim tərəfindən yaradılmışdır?

Aydındır ki, kainatın hər zərrəsində özünü göstərən “yaradılış”, kainatın özünün məhsulu ola bilməz. Məsələn, bir böcək öz-özünü var etməmişdir. Günəş sistemi, bitkilər, insanlar, bakteriyalar, qırmızı qan hüceyrələri, kəpənəklər öz-özlərini yaratmamışdır. Bütün bunların “təsadüfən” meydana gəlməsi ehtimalı da yoxdur.

Deməli, gözümüzlə gördüyümüz hər şey yaradılmışdır… Ancaq, gözümüzlə gördüyümüz şeylərin heç biri “Yaradıcı” deyil. O halda Yaradıcı, gözümüzlə gördüyümüz hər şeydən başqa və üstün bir varlıqdır. Özü görünməyən, lakin yaratdığı hər şeydə Özünün varlığını və xüsusiyyətlərini göstərən üstün gücdür. Oxumağa davam et