Radikalizm Təhlükəsi

nhung-to-chuc-khung-bo-khien-ca-the-gioi-quot-di-234-n-dao-quot-_10_635146866233342167Radikalizm dedikdə hər hansı bir sərt, inqilabi və köklü dəyişiklikləri müdafiə etmək və bunun üçün sərt siyasət tətbiq etmək başa düşülür. Radikallar inqilabi dəyişikliklərə can atan və bunun üçün sərt, bəzən hətta təcavüzkar üslubdan istifadə edən şəxslər kimi tanınır.

Hər məsələdə olduğu kimi, bu mövzuda da müsəlmanın ölçüsü Quran olmalıdır. Qurana baxdıqda isə radikalizm adlanan üslubun Allah tərəfindən möminlərə əmr edilən üsluba heç uyğun olmadığını görürük. Allah Quranda möminləri təsvir edərkən mülayim olmağı, qarşıdurmadan çəkinməyi, əleyhlərinə olan insanlara qarşı da dost kimi yanaşmağı tərif edir. Oxumağa davam et

Kəpənəklərin Heyranedici Xüsusiyyətləri

Şəkildə görünən kəpənəklərin qanadlarını ilk dəfə görürmüş kimi nəzərdən keçirin. Belə qüsursuz estetika, ən kiçik səhvə yol verilməmiş simmetriya, cəlbedici rənglər və naxışlar qarşısında mütləq heyran qalacaqsınız. İndi də bir parça haqqında düşünün. Bu kəpənək naxışlarından ilham alınaraq toxunmuş, olduqca estetik və keyfiyyətli parça. Belə bir parçanı mağazanın vitrinində gördükdə nə düşünərsiniz? Şübhəsiz, bu parçanın naxışlarını çəkən, çəkərkən də kəpənək qanadlarından nümunə götürən bir sənətkarın varlığı ağlınıza gələr və onun sənətini bəyənib qiymətləndirərsiniz. Elə isə bu həqiqəti də təqdir etməlisiniz: heyran olduğunuz bu sənət kəpənəklərdən nümunə götürərək parçanın naxışını çəkənə deyil, kəpənək qanadlarındakı naxışları və rəngləri nümunəsiz yaratmış Allaha aiddir.

Kəpənəklərin rəngli və müxtəlif naxışlara malik qanadları Allahın rəng sənətinin ehtişamlı təzahürüdür. Necə ki, bir parça naxışı öz-özünə, təsadüfən ortaya çıxa bilməz, Oxumağa davam et