Sədaqət və İtaət

Qu­ran­da in­san xa­rak­ter­lə­ri müx­tə­lif şə­kil­lər­də təfsilatı ilə ve­ril­miş­dir. Həmçinin, mö­min­lə­rin əxla­qı­nın son də­rə­cə müfəssəl tə­ri­fi ve­ri­lir. Al­la­hın ru­hu­nu gəz­di­rən, Ona ina­nan və yal­nız Ona ita­ət edən mö­min­lə­rin Qu­ran­da sadalanan bü­tün xü­su­siy­yət­lə­ri yük­sək əx­laqa və xa­rak­terə əsaslanır.

İn­kar­çı­la­rın və mö­min­lə­rin tə­rif­lə­ri­nə nə­zər sa­lan­da, hər iki tə­rə­fin bir-bi­ri­nə ta­ma­mi­lə zidd xü­su­siy­yət­lə­rə ma­lik ol­duqlarını gö­rü­rük. Mə­sə­lən, mö­min­lər sə­mi­mi və eti­bar­lı­, in­kar­çı­lar isə sə­mi­miy­yət­siz və mənfəətçi­dir­lər. Mö­min­lər tə­va­zö­kar, cə­sur, fə­da­kar, in­kar­çı­lar isə özün­dən­ra­zı, qor­xaq və xud­bin­dir­lər.

Mö­min­lər və in­kar­çı­lar ara­sın­da­kı bu bö­yük fərq­lər­dən bi­ri də sə­da­qət anlayışında ortaya çıxır. İn­kar­çı­lar əs­la hə­qi­qi sə­da­qə­tə ma­lik ola bil­məz­lər. On­lar yal­nız öz mə­na­fe­lə­ri­ni güd­dük­lə­ri üçün sev­dik­lə­ri­ni söy­lə­dik­lə­ri in­san­la­rı (dost­la­rı­nı, ya­xın­la­rı­nı) bu mən­fə­ət­lə­ri­nin xət­ri­nə çox asan­lıq­la al­da­da bi­lər­lər. Doğru ol­du­ğu­nu bil­dik­lə­ri yol­dan asan­lıq­la ge­ri dö­nər­lər.

Hal­bu­ki mö­min­lər ta­ma­mi­lə fərq­li­dir­lər. On­la­rın me­ya­rı öz mə­na­fe­lə­ri de­yil, Al­lah ri­za­sı­dır. Bü­tün dav­ra­nış­la­rı­nı Al­la­hın is­tə­di­yi şə­kil­də hə­ya­ta ke­çi­rər­lər. Bu sə­bəb­dən də sev­dik­lə­ri­ni (yə­ni baş­qa mö­min­lə­ri) Oxumağa davam et