Veriləcək qərar öz yaxınları ilə əlaqədar olsa da, mömin ədalətlə hökm verməlidir

esitlikadaletƏdalət deyiləndə, bəlkə də, ədalətli davranmağın çox asan olduğunu, bütün qərarlarınızda həmişə ədalətli davrandığınızı düşünə bilərsiniz. Ancaq verəcəyiniz ədalətli qərar nəticəsində bir yaxınınız, ananız, atanız və ya qohumunuz fiziki və ya mənəvi sıxıntıya düşsə, yenə də bu qərarı asanlıqla verərsinizmi? Sevdiyiniz, ancaq doğru yoldan çıxmış bir şəxs barəsində qərar verərkən tərəfsiz, dürüst ola bilərsinizmi?

Oxumağa davam et

Şübhələnməyin səbəbi iman zəifliyidir

cennet-papağanı_361908Din əxlaqını gərəyi qədər yaşamayan cəmiyyətlərdə insanların bir-birləri ilə rahat danışmaması, sözlərdən fərqli məna çıxarmağa meyilli olması, inciməsi və həmçinin  dostların ayrılmasının  səbəbi şübhələnməkdir. Bu cür cəmiyyətlərdə münasibətlərə mənfi təsir göstərən şübhələrin kökündə isə iman zəifliyi var.

Şübhə insan ruhuna və fitrətinə tamamilə ziddir. İnsan ruhu hüzura, rahatlığa və şən olmağa uyğun yaradılmışdır. Halbuki, şübhə bütün bunları aradan qaldırır. Mənəvi hüzura təsir edir, rahatlığı pozur, insanın xoşbəxt olmasına mane olur. Şən ikən kefsizlik, sakit ikən gərginlik meydana gətirir. Oxumağa davam et