Ədalət bütün insanlar arasında, dil, irq, etnik mənşə nəzərə alınmadan bərabər tətbiq edilməlidir

adalet (1)

Dünyada baş verən hadisələri təhlil etdikdə ədalətin yer, zaman və şəxslərə görə fərqli şəkildə tətbiq olunduğuna şahid oluruq. Məsələn, bəzi ölkələrdə insanların dərisinin rəngi ədaləti tətbiq edən insanların qərarına təsir edir. Ağdərili insanla qaradərili insan eyni vəziyyətdə olduqda onlar haqqında ədalətlə hökm verilmir. Bəzi ölkələrdə irq çox böyük əhəmiyyət daşıyır. Keçən əsrdə Hitlerin ari irqi digər irqlərdən üstün görüb milyonlarla insanı məhz irqinə görə məhv etmək istəməsi buna nümunədir. Dövrümüzdə də milliyyətinə, dərisinin rənginə görə zalım, ədalətsiz rəftarla qarşılaşan insanlar var. ABŞ-da və Cənubi Afrikada illərlə qaradərili irqlə ikinci sinif insan kimi rəftar edilmiş, çoxlu sayda Asiya və Afrika ölkəsində məhz irq fərqinə görə şiddətli münaqişələr baş vermişdir.

Oxumağa davam et

İslam Dünyasında Parçalanmanın Səbəbləri

İslam dünyasının parçalanması 20-ci əsrin əvvəllərində ortaya çıxmışdır. Bundan əvvəl isə fərqli məzhəb, irq və dillərdən olan müsəlmanlar müxtəlif İslam imperiyalarının rəhbərliyi altında bir yerdə dinc və təhlükəsiz şəraitdə yaşayırdılar. Ən vacibi isə bu halda onlar daha güclü idilər.

Ancaq 19-cu əsrin ən dağıdıcı axınlarından biri olan radikal milliyyətçilik İslam dünyasında da təsirini göstərdi. Müsəlmanların bir qisimi qərb ideyalarının təsiri altında qalaraq özlərinə təlqin edilən ideologiyanı mənimsədilər. Bu əsnada İslam imperiyalarının zəifləməsi ilə müsəlmanların böyük əksəriyyəti qərbli güclərin müstəmləkəsinə çevrilmişdi. Müstəmləkəçi güclər İslam torpaqlarından çəkilərkən də bu torpaqları süni sərhədlərlə bölüb müxtəlif dövlətlər meydana gətirdilər. Bu vəziyyət bəzi müsəlmanlar arasında yayılan radikal milliyyətçilik hərəkatları ilə birləşərək ortaya olduqca qarışıq vəziyyət çıxartmışdı.

Oxumağa davam et