Təsəvvürünüzdə “İdeal İnsan” Canlandırın və Siz də Məhz O Cür İnsan Olun

Hər bir insanın təsəvvüründə “ideal insan modeli” var. Sevdiyi, birlikdə vaxt keçirdiyi, dostluq etdiyi bütün insanlarda bu modeli görmək istəyir. Ancaq bir şeyi nəzərindən qaçırır: ətrafındakı insanlar da onda eynilə həmin ideal insan modelini axtarırlar.

Hər kəs qarşısındakı insanın ağıllı, qətiyyətli, fədakar, vəfalı, anlayışlı, səmimi olmasını istəyir. Nə baş verirsə versin, hirslənməsin, özündən çıxmasın, acılamasın, güzəştə getsin, səbirli olsun, bağışlasın. Çətin anlarında onu tək qoymasın, əlindən gəldiyi qədər kömək etsin, lakin əsla minnət etməsin, çox fədakar olsun, lazım gələrsə, heç düşünmədən özünü belə fəda etsin. Olduqca ağıllı, vicdanlı, ədalətli, mərhəmətli, mülayim, səmimi, gözəl sözlü, gözəl üslublu, incə düşüncəli olsun, özünü qarşı tərəfin yerinə qoyub düşünə bilsin, qarşısındakının vəziyyətini anlasın. Üstünlüyü özünə deyil, daima sevdiyinə versin, sevdiyi insanların xoşbəxtliyini, rahatlığını, dincliyini və istəklərini özününkündən üstün tutsun. Öz haqqını deyil, sevdiklərinin haqqını müdafiə etsin, öz qürurunun, mənliyinin tərəfində olmasın, daima qarşı tərəfi ön plana çəksin, qarşısındakı insana hörmət etsin, ehtiram göstərsin. Oxumağa davam et