Müsəlman dünyasının sülhə qovuşmasının yeganə həlli: Quran müsəlmanlığı

Quran müsəlmanlığının kökündə gözəllik, keyfiyyət və xoşbəxtlik var3196290-buse

Asiya Afrika ilə əlaqəli strateji mövqeyi, məhsuldar torpaqları, yeraltı və yerüstü sərvətləri ilə yanaşı, mədəni zənginliyi, tarixi keçmişi ilə heç vaxt uduzmayıb. İslam dünyası təkcə regional sülhün deyil, qlobal sülhün də baş aktyorlarından biridir. Tarixi və mədəni cəhətdən dünyanın ən zəngin sivilizasiyalarının beşiyi olan bu seçilmiş bölgə son dövrdə qan gölünə çevrilib. Sivilizasiyalar diyarını bu gün duman bürüyüb. Oxumağa davam et

Heç Bir Şeyi Allahdan, Elçisindən və Allah Yolunda Cəhd Etməkdən Vacib Bilməmək

Kordoba, İspaniya (7-9-cu əsrlər)

Möminin vəzifəsi bütün həyatı boyu Allaha qulluq etməkdir. Allaha olan qulluğun xaricində başqa bir məntiqlə qurulmuş həyat, Allahı inkar etmək və ya Ona ortaq qoşmaq mənasını verir ki, bu davranışın sonu cəhənnəm ola bilər.

Başqa cür desək dünya həyatı mömin üçün vasitə olmalıdır. Mömin, həyatın hər bir hissəsini Allaha yaxınlaşmaq və Onun dininə xidmət etmək üçün vasitə olaraq görməlidir. Əgər vasitə məqsəd halına gəlirsə (inkarçılar belə edir) o halda ortada böyük bir təhlükə olduğu aydın olur. Mömin, Allaha qulluq etmək üçün yaşayır və o, dünyadan çoxdan imtina etmişdir. Allah bu vəziyyəti Quranda belə açıqlayır:

Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allahın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur. (Tövbə Surəsi, 111) Oxumağa davam et