Elmin sübut etdiyi həqiqət: qədər

renk_3b_0801_baslikQədər tarix boyunca mübahisə edilən mövzulardan biridir. Allahın kainatı və canlıları, keçmiş və gələcək bütün hadisələri “bir anda” yaratmasına qədər deyilir. Bu da kainatın yaradılmasından qiyamətə qədər baş verən bütün hadisələrin Allah Qatında “baş verib bitməsi” deməkdir. Hələ baş verməyən hadisələr “bizim” üçün gələcək sayılır, Allah üçün deyil. Belə ki, Allah zamana və məkana tabe deyil, çünki zamanı və məkanı yaradan Odur. Qısası, Allah üçün keçmiş, gələcək və bu an eynidir və hər şey olub bitmişdir. Məsələn, Allah hz. Musa doğulmadan və ya Misir dövləti qurulmadan Fironun həyatının necə olacağını bilir. Çünki bunların hamısı Allah Qatında “bircə an” olaraq yaradılmışdır.

Oxumağa davam et

Firon dövründəki hədə-qorxu şəraitində iman gətirən möminlər

Quranda tarixin müxtəlif dövrlərində Allahın rəsullarına və möminlərə qarşı mübarizə aparmış bəziWar-Horse-Wallpaper-02 öndə gələn şəxslər olduğu xəbər verilir. Din əxlaqına qarşı çıxan bu şəxslər cəmiyyətə inkarçı düşüncə tərzini təlqin etməklə kifayətlənməmiş, eyni zamanda, bu düşüncəni qəbul etməyənlərə təzyiq göstərmiş, zorakılıq etmişlər. Xüsusilə də möminlərin təbliğ etdiyi din əxlaqının qarşısını almaq üçün təzyiq və zorakılıq yoluna əl atıblar. Hz. Musanın təbliği ilə qövmündən iman gətirənləri işgəncə ilə hədələyən firon belə insanlardan biridir. Oxumağa davam et