Kainatdakı fiziki qanunların böyük partlayışdan sonra ortaya çıxdığını artıq demişik. Həmin qanunlar bu gün çağdaş fizikanın qəbul etdiyi dörd əsas qüvvənin ətrafında birləşir. Bu qüvvələr kainatdakı bütün nizamı və sistemi yaratmaq üçün böyük partlayışdan dərhal sonra, ilk subatom zərrəciklərinin yaranmasıyla birlikdə formalaşıblar. Oxumağa davam et
fizika qanunları
Günəş sistemindəki həssas nizam
Kainatdakı nizamı ən açıq şəkildə müşahidə etdiyimiz sahələrdən biri də, planetimizin yerləşdiyi Günəş sistemidir. Günəş sistemində yer kürəsindən başqa 8 ayrı planet və bu planetlərə aid 54 ayrı peyk var. Bu planetlər Günəşə olan məsafələrinə görə; Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Neptun, Urandır. Bu planetlərin və 54 peyklərinin içində həyata uyğun bir səth və atmosferə sahib olan yeganə göy cismi isə Dünyadır. Oxumağa davam et
Kiçik əlkimya mərkəzi: Günəş
Bildiyimiz kimi helium-karbon çevrilməsi, qırmızı nəhənglərin əlkimyasıdır. Bizim Günəşimiz kimi daha kiçik ulduzlarda isə, daha kiçik bir əlkimya əməliyyatı baş verir. Başda da ifadə etdiyimiz kimi, Günəş, hidrogen atomlarını heliuma çevirir və sahib olduğu enerjini də bu nüvə reaksiyasından əldə edir.
Günəşdəki bu nüvə reaksiyası da, yaşamağımız üçün ən azı qırmızı nəhənglərdəki reaksiya qədər zəruridir. Üstəlik, Günəşdəki nüvə reaksiyası da, qırmızı nəhənglərdəki qədər “tənzimlənmiş bir iş”dir. Oxumağa davam et
Məşhur alimlər kainatın yaradıldığını qəbul edir
XX əsr elmi, kainatın Allah tərəfindən yaradıldığını sübut edən açıq dəlillər ortaya qoymuşdur. “Antropik prinsip” (“anthropic principle”)məhfumu, kainatın hər bir incəliyinin canlıların yarana bilməsi üçün tənzimləndiyini və bu sistemdə təsadüfə yer olmadığını göstərir.
Qəribə olan, bəhs olunan tapıntıları ortaya çıxardan və “kainat təsadüflə izah oluna bilməz” nəticəsinə gələn elm adamlarının çox böyük hissəsinin, əslində bu nəticəyə gəlməyi elə də arzulamayan, çünki materialist dünyagörüşünə sahib elm adamları olmasıdır. Oxumağa davam et
İnsanın Bir Damlasını Belə Meydana Gətirə Bilmədiyi Nemət: Su
İnsanın əlində bütün xammallar olmasına baxmayaraq, meydana gətirə bilmədiyi ən böyük nemətlərdən biri “su”dur. Həyat üçün ən böyük ehtiyac olan su, insanlara Allah tərəfindən hazır olaraq təqdim edilmişdir. Suyun meydana gəlməsini bir laboratoriyada müşahidə edə bilməz, onu meydana gətirə bilmərik. Su, dünyanın meydana gəlişi əsnasında xüsusi olaraq meydana gəlmiş və canlılara təqdim edilmişdir. O vaxtdan bu vaxta kimi canlıların həyatda qalmasını təmin edən su, həmin o sudur. Oxumağa davam et
Materializmin Elmi Cəhətdən Çöküşü
“Materializmin elmi düşüncə olduğunu artıq heç kim iddia edə bilməz.” Arthur Koestler
İçində yaşadığımız ucsuz-bucaqsız kainat necə yaranıb?
Kainatdakı qüsursuz tarazlıq, ahəng və nizam necə meydana çıxıb?
Bu suallar tarixin əvvəlindən etibarən insanları maraqlandırmışdır. Ağılla bu sualları araşdıran elm adamları və mütəfəkkirlərin gəldikləri nəticə isə həmişə belə olmuşdur: kainatdakı nizam və dizayn bütün kainata hakim olan üstün bir Yaradıcının varlığının isbatıdır.
Ağıl yoluyla əldə etdiyimiz bu nəticə elə həqiqətin özüdür. Allah insanlara yol göstərici olması üçün 14 əsr əvvəl Quranı vəhy etmiş və bu həqiqəti insanlara bildirmişdir. Kainatı yoxdan yaratdığını və müəyyən bir məqsədə görə qurduğunu, kainatdakı bütün sistem və tarazlıqları insan həyatı üçün ən ideal şəkildə yaratdığını xəbər verir. Quranda bildirildiyinə görə insan kainatdakı bütün sistem və tarazlıqların özü üçün Allah tərəfindən yaradıldığını bilməli, bu gerçək barədə düşünməli və nəticə çıxarmalıdır: Oxumağa davam et