Fossillər Təkamülü Təkzib Edir

Darvinizmin Saxta İddiaları

Təkamül nəzəriyyəsi, bütün canlıların bir-birlərindən törədiklərini iddia edir. Buna görə əvvəldən var olan canlı növü zaman keçdikcə digərinə çevrilmiş və bütün növlər bu şəkildə ortaya çıxmışdır. Nəzəriyyəyə görə bu çevrilmə yüz milyonlarla illik dövr ərzində baş vermiş və mərhələ-mərhələ irəliləmişdir.

Bu halda, bir canlının digərinə iddia edilən uzun çevrilmə prosesi zamanı saysız aralıq növlərin meydana gəlmiş və yaşamış olmaları lazımdır. Bu iddiaya görə keçmişdə balıq xüsusiyyətlərini daşımasına baxmayaraq, bir tərəfdən də bəzi sürünən xüsusiyyətləri qazanmış yarı balıq-yarı sürünən canlılar yaşamalıdır. Və yaxud sürünən xüsusiyyətlərini daşımaqla yanaşı, həmçinin bəzi quş xüsusiyyətləri qazanmış sürünən-quşlar meydana çıxmalıdır. Bunlar keçid dövründə olduqları üçün də şikəst, natamam, qüsurlu canlılar olmalıdır. Təkamülçülər keçmişdə yaşadıqlarını fərz etdikləri bu xəyali canlıları “aralıq-keçid forması” adlandırırlar. Oxumağa davam et

İnsan Fosilləri Təkamülü Təkzib Edir

Tanzaniyada Laetolidə tapılan 3.6 milyon illik insan ayaq izləri

İnsana aid tapıntılar nə qədər qədimdir? Bu tapıntılar niyə təkamül nəzəriyyəsini dəstəkləmir?

İnsanın dünyada nə vaxtdan etibarən var olduğunu öyrənmək üçün fosilləri (daşlaşmış qalıqlar) araşdırmaq lazımdır. Fosillər insanla bağlı qalıqların milyonlarla il əvvələ aid olduğunu göstərir. Bu tapıntılar skelet və kəllə sümüyü hissələri və müxtəlif dövrlərdə yaşamış insanlara aid qalıqlardan ibarətdir. İnsana aid qalıqların ən qədimi tanınmış paleontoloq Meri Likey (Mary Leakey) tərəfindən 1977-ci ildə Tanzaniyanın Laetoli bölgəsində tapılmış “ayaq izləri”dir.

Bu qalıqlar elm dünyasında böyük əks-səda doğurmuşdu. Aparılan araşdırmalar bu ayaq izlərinin 3.6 milyon illik təbəqədə yerləşdiyi göstərirdi. İzləri tədqiq edən Rassel Tatl (Russell Tuttle) bunları qeyd edir:

“Bunlar çılpaq ayaqlı Homo Sapiens (insan) tərəfindən qoyulan izlərdir. Aparılan bütün morfoloji tədqiqatlar bu izləri qoyan canlının ayağının dövrümüzdəki insanlarınkından fərqli olmadığını göstərir.” (I. Anderson, New Scientist, cild 98, 1983, s. 373.) Oxumağa davam et