Bakteriyaların antibiotiklərə qarşı müqavimət qazanması nə üçün təkamülə dəlil deyil?

bakteriyaAleksandr Fleminq (Alexander Flemming) ilk antibiotik olan penisillini 1928-ci ildə kəşf etdikdə yer üzündə artıq bakteriyanın qalmayacağını hesab edirdilər. Ancaq penisillinin  müəyyən mikroblara təsir etdiyi sonradan başa düşüldü. Penisillinin öldürdüyü mikrobların yerinə penisillinin təsir edə bilmədiyi başqa bakteriyalar qalır. Sonradan kəşf edilən digər antibiotiklər də penisillin kimi eyni xüsusiyyətə malikdir.

Bunun səbəbi antibiotiklərin bakteriyalara təsir etmə formasıdır: antibiotiklər molekulyar quruluşlarına əsasən, bakteriyanın müəyyən bir zülalına yapışaraq onu təsirsiz hala salırlar. Beləliklə, bakteriya ya ölür, ya da çoxalmasının qarşısı alınır və bu yolla infeksiya nəzarətdə olur. Ancaq məlumdur ki, hər canlı növündə olduğu kimi, hər bakteriya növünün də müxtəlif formaları, yəni variasiyaları mövcuddur. Oxumağa davam et