İngilis dərin dövlətinin “homoseksuallıq genetikdir” propaqandasına cavab

 

15977224_1517090834985093_5816036105165368994_n

Son 20 ildə ABŞ, Skandinaviya və Avstraliyada tək yumurta əkizləri üzərində aparılan səkkiz böyük tədqiqatın hamısı eyni nəticəyə işarə edir: homoseksuallar homoseksual kimi doğulmayıblar.

Tək yumurta əkizləri eyni genlərə və eyni DNT-yə malikdirlər. Doğuş öncəsi bərabər şəraitə məruz qalırlar. Buna görə əgər homoseksuallıq genetik səbəblərə, ya da doğuş öncəsi şəraitə bağlı olsaydı, əkizlərdən birinin homoseksual olduğu hallarda, digəri də 100% homoseksual olmalı idi.

24 il ərzində Yeni Zelandiya hökuməti, 4 il boyunca da BMT üçün tədqiqat aparan, bu günə qədər 10,000 ədəd elmi məqaləsi və tədqiqatı nəşr olunan, homoseksualizmin genetik olub-olmadığı üzərində 20 il araşdırma aparan dr. Neil Whitehead “heç kim homoseksual doğulmur” deyə bildirir və bütün genetika analiz edildikdə hər hansı homoseksualizm geninə rast gəlinmədiyini qeyd edir. Əlavə olaraq, homoseksualizmin genetik mutasiyadan qaynaqlana biləcəyi fikri genetik informasiya ilə tam ziddiyyət təşkil edir. Oxumağa davam et

Canlılardakı instinktiv davranışların mənbəyi Allahın ilhamıdır

free-hd-abstract-backgrounds-163İnstinktlərin mənşəyi

“İnstinkt” sözü, təkamülçü elm adamları tərəfindən, heyvanların anadangəlmə sahib olduqları bəzi davranışları xarakterizə etmək üçün istifadə olunur. Ancaq heyvanların bu instinktləri necə əldə etdikləri, instinkt ilə edilən bir davranışın ilk olaraq necə ortaya çıxdığı və bu davranışların nəsildən-nəslə necə ötrüldüyü sualı həmişə cavabsız qalmışdır. Oxumağa davam et

Science Mag saytından xəyali «insanabənzər» nağılı: denisovanlar

denisova3Yaxın günlərdə darvinizmi müdafiə edən bəzi elmi jurnal və internet saytlarında ortaq canfəşanlıq var. Ötən illərdə tapılmış, əskikliyi və etibarsızlığı sübut olunmuş bəzi canlı qalıqları yenidən gündəmə gətirilir və təkamül dəlili kimi təqdim edilməyə çalışılır.

Belə ən son nümunələrdən biri də «ScienceMag» və «DailyMail» kimi saytlarda yayımlandı. Kiçik barmaq sümüyünün bir hissəsi və bir neçə diş gündəmə gətirilərək yenə darvinist xəyali təsəvvürü göstərən nağıllar məqalələrin mövzusu oldu.

Oxumağa davam et

Təkamül nəzəriyyəsi nə üçün elmi və əsaslı nəzəriyyə deyil?

harunyehyatekamulTəkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi bir qanun, sübut edilmiş bir həqiqət deyil, elmilik pərdəsi ilə cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları bir növ hiylə, saxtakarlıq, təhrif, yalan və göz pərdələmədən ibarət təlqin və təbliğat üsullarıdır. Oxumağa davam et

Təkamül Nəzəriyyəsinin Süqutu və İdeoloji Səbəbləri

Təkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi qanun, sübut edilmiş həqiqət deyil, elmilik pərdəsi altında cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları hiylə, saxtakarlıq, təhrif, yalanlardan ibarət təlqin və təbliğat üsullarıdır.

XIX əsrin bəsit elmi məlumatları ilə xəyali fərziyyə kimi irəli sürülən təkamül nəzəriyyəsi bu günə qədər heç bir elmi fakt və ya təcrübə vasitəsilə sübut edilə bilinməmişdir. Əksinə, nəzəriyyənin iddialarını əsaslandırmaq üçün istifadə edilən bütün üsullar belə bir nəzəriyyənin əsassızlığını sübut etmişdir.

Ancaq bir çox insan, Oxumağa davam et

Müxtəlif İrqlərin Varlığı Təkamül Nəzəriyyəsinə Dəlil Deyil

Təkamül nəzəriyyəsinin bəzi tərəfdarları müxtəlif insan irqlərinin olmasını təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışırlar. Bu iddia əslində müdafiə etdikləri nəzəriyyəni belə kifayət qədər bilməyən həvəskar təkamülçülər tərəfindən daha çox dilə gətirilir.

Bu iddianın tərəfdarlarının irəli sürdüyü tezis “əgər həyat İlahi mənbələrdə göstərildiyi kimi bir kişi və bir qadından başlamışsa, bir-birindən fərqlənən irqlər necə meydana çıxmışdır?” sualına əsaslanır. Başqa sözlə, “Hz. Adəm və Hz. Həvvanın boyu, bədəni və digər fiziki xüsusiyyətləri cəmi iki nəfərə aid olduğuna görə, hər biri fərqli xüsusiyyətlərə malik olan irqlər necə ortaya çıxmışdır?” deyirlər.

Oxumağa davam et