DNT Ensiklopediyasının Dili

Cəmiyyətin həyatı informasiya axını və rabitə üzərində qurulub. Fərdlər və nəsillər arasında informasiya ötürülməsində ənmate-dna-dnk-medical-genes-photos-pictures-555395 əsas vasitə isə dildir. Azərbaycan dili 32 hərfdən, başqa sözlə, 32 şifrdən təşkil olunmuş dildir. Bu şifrlər sözləri, sözlər də cümlələri əmələ gətirir. Məlumat ötürülməsi və saxlanması bu şifrlər vasitəsilə həyata keçirilir.
Hüceyrənin dili də buna bənzəyir. İnsanın bütün fiziki xüsusiyyətləri bu dil vasitəsilə şifrlənərək hüceyrənin nüvəsində saxlanılır və bu dil sayəsində hüceyrə həmin məlumatlardan istifadə edir. Bu dil DNT adlı idarəedici molekulun dilidir. Dörd hərfli DNT dili A, T, Q və S hərflərindən təşkil olunub. Hər hərf nukleotid adlanan dörd ədəd azotlu əsasdan birini təşkil edir. Milyonlarla azotlu əsas mənalı ardıcıllıqla üst-üstə düzülərək DNT molekulunu əmələ gətirirlər. Oxumağa davam et

Bədənimizdəki Bioloji Saat

Bədənimizdə daxili saat adlandırdığımız möhtəşəm bir sistem mövcuddur. Vücud saatımızı dünyanın öz oxu ətrafında hərəkəti Biyolojiksaat08_page10_image1nəticəsində meydana gələn gecə-gündüz yerdəyişməsinə görə proqramlaşdıran bu bioloji saat sirkadian adlanır.
Uca Allah`ın sonsuz ağıl və yaratma sənətinə saysız nümunələrdən biri olan bu saat sistemi bədənimizi bütünlükdə əhatə edir. Beyinin hipotalamus hissəsində yerləşən təxminən 10 min ədəd supraxiazmatik nüvələr (suprachiasmatic nuclei – SCN) adlandırılan sinir hüceyrəsi bu saatın mərkəzini təşkil edir. SCN hüceyrələri bədənimizdəki bir çox fizioloji proseslərə nəzarət funksiyasını yerinə yetirir. Canlılardakı sirkadian saat dörd əsas gen tərəfindən idarə edilir və bu genlər SCN sahəsindən başqa bədənin, demək olar ki, bütün toxumalarında mövcuddur. Oxumağa davam et