Quranda tez-tez rast gəlinən terminlərdən biri «saleh əməl»dir. «Saleh» kəlməsi “gözəl, doğru, xeyirli” mənalarını verir. «İslah etmək» feli də eyni kökdən törəmişdir və «saleh vəziyyətə gətirmək» deməkdir. «Əməl» kəlməsinin Azərbaycan dilinə ən yaxın qarşılığı isə «iş»dir. Ümumiyyətlə, saleh əməl, yaxşı və xeyirli iş mənasını verir ki, bu da Quranda Allahın rizasına və göndərdiyi dinə uyğun hər cür əməl və hərəkəti ifadə edir.
İnsanın axirətini xilas edən şey isə yalnız iman gətirməsi deyil, eyni zamanda o imana uyğun saleh işlər görməsidir. Çünki saleh əməl səmimi imanın göstəricisidir. Bunun əksinə, yalnız «iman gətirdim» deyib bu imanın tələblərini yerinə yetirməmək insanı xilas etməz. Allah bu mövzuda belə buyurur:
«İnsanlar yalnız: «İman gətirdik!» – demələrilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düzdanışanları da, yalançıları da çox gözəl tanıyar!» («Ənkəbut» surəsi, 2-3).
Allahın «iman gətirdik» deyənləri sınamasının önəmli qismi saleh əməllərlə olur. Çünki bu əməllər, onları yerinə yetirməyə borclu olan müsəlmanların səbirlərini, qətiyyətlərini, sədaqətlərini, qısası, imanlarındakı fərasətlərini ortaya çıxarır. Oxumağa davam et →
Bunu bəyən:
Bəyən Yüklənir...