İnsanların dünyəvi dəyərlər üzərində qurduqları ailələr qısa müddətdən sonra cansıxıcı ola bilər. Ailələrdə bu hala tez-tez rast gəlmək olur. İnsanlar hörmət və sevgilərini dünyəvi dəyərlər üzərində qurduqda və bu dəyərlərdə hər hansı bir dəyişiklik olduqda bu hisslərini dərhal itirə bilirlər. Sevgi, hörmət, sədaqət kimi anlayışlar gözəllik, zənginlik, sağlamlıq, mövqe, ya da etibar kimi meyarlara əsaslandığında bu nəticə, demək olar ki, qaçılmaz olur. Oxumağa davam et
gözəllik
İslam Və Keyfiyyət
İslamda keyfiyyət çox həyati məsələdir. Dövrümüzdə bir çox İslam ölkəsində sevgidən, tolerantlıqdan, incəsənətdən, gözəllik və estetikadan uzaq həyat tərzi hakimdir. Bu vəziyyət Allah`ın Quranda bizə tərif etdiyi gözəl, təmiz həyat tərzinə tamamilə zidd olmasına baxmayaraq, yenə də bu xalqlar tərəfindən doğru qəbul edilir. Halbuki, keyfiyyətsiz, estetikadan uzaq həyat tərzi müsəlmana əsla yaraşmaz. Oxumağa davam et
Münafiqin əsas xüsusiyyətləri
Münafiqlər iman gətirən səmimi müsəlmanlardan xarici görünüş baxımından elə dəçox fərqlənmirlər, lakin daxili aləmləri tamamilə fərqlidir. Münafiqlər kənardan baxan insana dini yaşadıqları təəssüratını verə bilərlər. Danışıq və rəftarları ilə müsəlman təqlidi edə bilər, ibadətləri ilə özlərini dindar olaraq tanıda bilərlər. Ancaq onların din anlayışı Quranı deyil, öz yanlış məntiqlərini əsas olaraq qəbul edir. Dinlə bağlı düşüncələrinin təməlində mənfəət qazanma, öz istək və həvəslərini təmin etmək məqsədi yatır. Münafiqlər bu niyyətlərini gizlədərək möminlər arasında Quran əxlaqının yaşandığı mühitdəki gözəlliklərdən istifadə etmək istəyirlər. Oxumağa davam et
Ləzzət və Gözəlliyin Mənbəyi: Molekullar
Bir çox maddə eyni atomlardan təşkil olunmasına baxmayaraq fərqli görünür və fərqli xüsusiyyətləri daşıyır. Sizin fikrinizcə, ətrafınızda gördüyünüz cisimləri bir-birindən fərqli edən şey nədir? Rənglərini, formalarını, qoxularını, dadlarını bir-birindən fərqləndirən, yumşaq və ya bərk edən nədir? Bütün bunların səbəbi məhz atomların molekulları əmələ gətirmək üçün öz aralarında qurduqları fərqli kimyəvi əlaqələrdir.
Maddəni təşkil edən ilk pillə olan atomlardan sonra ikinci pillə molekullardır. Molekullar maddənin kimyəvi xüsusiyyətlərini müəyyən edən ən kiçik vahidlərdir. Bu kiçik formalar iki və ya daha çox atomdan, bəziləri də minlərlə atom qrupundan ibarət olur. Molekulların müxtəlif formalarda birləşmələri nəticəsində də Oxumağa davam et