Sam Harrisin xətaları və azad iradə gerçəyi

maxresdefault

Yaradıcının varlığını inkar etmə üzərində qurulmuş ateist fəlsəfə  “din anlayışına ehtiyac olmadığı”nı irəli sürür.

Bu yazıda haqqında bəhs ediləcək ateist yazıçı Sam Harris də “The Moral Landscape” adlı kitabında “ictimai əxlaq üçün dinə lazım olmadığı” və “duyğu və düşüncələrin biokimyəvi səbəbləri olduğu” kimi təlqinlər verir. Əvvəla qeyd etmək lazımdır ki, hər insan həyatı və hadisələri istədiyi şəkildə şərh edə bilər. Ancaq insanları yanlış istiqamətləndirmək, elmi həqiqətlərdən uzaq fikirlər yayaraq doğrulardan uzaqlaşdırmaq qəbuledilməzdir. Ateistlərin müdafiə etdikləri anlayışlardakı yanlışların elmi olaraq dəyərləndirilməsi bu səbəbdən vacib və əhəmiyyətlidir.

Oxumağa davam et

Həzrəti Muhəmmədin (s.ə.v) Gənclərə Verdiyi Əhəmiyyət: Quranda Gənclər

Uca Allahın əBusiness  people discuss an idea in front of the computern dəyərli nemətlərindən biri olan gənclik insanın Allahın rizasını qazanmaq və Quran əxlaqına xidmət etmək üçün ən faydalı dövrlərindən biridir. Quran ayələrini və Peyğəmbərimizin (s.ə.v) hədislərini təhlil etdikdə Quran əxlaqının yayılmasında gənclərin böyük rolu olduğunu görürük. Uca Allahın qullarına göndərdiyi son peyğəmbər olan hz. Muhəmməd (s.ə.v) bütün insanları İslam əxlaqı ilə yaşamağa dəvət etmişdir. İlk müsəlmanlar arasında hər yaş dövründən olan insanlar olmuşdur. Oxumağa davam et

Bir ayə bir açıqlama: “Ənkəbut” surəsi, 2

open-arms-to-happiness-308104-1024x645İnsanlar yalnız: “İman gətirdik!” – demələri ilə onlardan əl çəkilib imtahan olunmayacaqlarınımı sanırlar?  (Ənkəbut surəsi, 2)

Bu ayədə Allah iman gətirdiyini deyən qullarını dünya həyatında imtahan edəcəyini bildirir. Allah insanlardan səmimi iman istəyir. Bunu isə insan  sadəcə inandığını deməklə əldə edə bilməz. İnsanın dünyadakı vəzifəsi uca Allaha və axirətə iman gətirmək, Quranda bildirildiyi kimi gözəl əxlaqlı olmaq, Allahın hədlərini qorumaq və Onun rizasını qazanmağa çalışmaqdır. Oxumağa davam et

Demokratiyanın Əsas Prinsipləri Quranda Bildirilib

Business people communicating with each other against whitePeyğəmbərimizin (s.ə.v) yaşadığı Əsri-səadət dövründə müasir demokratik prinsiplər ən gözəl şəkildə tətbiq edilmişdir. Çünki insan hüquqları, demokratiya, azadlıq, gözəl əxlaq, elm, incəsənət, estetika kimi Quran əxlaqının tələbi olan anlayışların hamısı demokratik cəmiyyətin əsas prinsiplərini təşkil edir. Bəşəriyyətə xoşbəxtlik və həyat sevinci təqdim edən bu model Allahın Quranda bildirdiyi və qulları arasında tətbiq edilməsini istədiyi əsl müsəlman əxlaqıdır. Oxumağa davam et

Şeytan diqqətsizlik və qəmginliklə insanları Allah’dan uzaqlaşdırmağa çalışır

  • Bəzi insanların diqqəti niyə dağınıq olur?
  • İnsanların bir çoxunun qəmgin olmasının səbəbi nədir?646499
  • Diqqətsizlik və qəmginlikdən xilas olmaq üçün hansı əxlaqa yiyələnmək lazımdır?

Şeytan insan yaradıldığı gündən bəri onun ən təhlükəli düşmənidir. Şeytanın məqsədi insanları Allah’ın rizasından, sevgisindən, Qurandan uzaqlaşdırmaq, insanlara vəsvəsə verib bir-birlərinə düşmən etməkdir. Oxumağa davam et

Allah Qorxusu Ağılın, Dürüstlüyün və Sevginin Əsas Səbəbidir

imagesAllah qorxusu bir insanın həm imanının çox kəskin göstəricisi, həm də onun əbədi həyatını müəyyən edən mühüm xüsusiyyətdir. İnsan ancaq Allah’dan qorxub çəkinərsə, axirətdəki sonsuz cənnət həyatına qovuşmağa ümid bəsləyə bilər. Dünyada isə gözəl əxlaqa yiyələnmək ancaq Allah’dan qorxmaqla və Onun əmrlərinə qəti şəkildə riayət etməklə mümkündür.

Allah’a qovuşacağını bilən və hər əməlinin qarşılığı olduğunu dərk edən insanla kimsəyə hesab vermək məcburiyyətində olmadığını zənn edən insanın əməlləri arasında böyük fərq var. Allah qorxusu olmayan insan hər cür pisliyi edə, mənfəəti üçün hər cür əxlaqsızlığa göz yuma bilər. Məsələn, çox adi səbəbdən və ya dünyəvi mənfəət üçün gözünü belə qırpmadan adam öldürən insan bunu Allah’dan qorxub çəkinmədiyi üçün edər. Oxumağa davam et

Yaşadığımız Hər Saniyə Allahın Bizə Verdiyi Böyük Fürsətdir

    İnsanın nəfsi təxirə salmağa meyillidir. Ona görə bəzi insanlar Allahın istədiyi kimi yaşamağı, səmimi olmağı daima təxirə salırlar. Halbuki “yaşlandıqda namaza başlayaram”, “bu yaxınlarda Quran oxumağa başlayaram”, “bütün səhvlərimi düzəldərəm”, “ali məktəbi də bitirim, dərhal namaz qılmağa başlayaram”, “bir az yetkinləşim, sonra dərin-dərin düşünərəm”, “təhsilimi tamamlayım, ehtiyacı olanlara sonra kömək edərəm”, “yaxşı karyera qurum, zülmə məruz qalan müsəlmanlar haqqında o zaman düşünərəm” deyən bir çox insan var. Allah onlara güc və imkan verdikdə bunları etməz, ancaq anidən bunları edə bilmyəcək hala düşərlər. Allah insanın canını anidən və heç gözləmədiyi anda alıb onu ölüm mələkləri ilə üzləşdirə bilər. Oxumağa davam et