Gözəl Sözlərdə Yarışmaq

images

Allah möminləri haqq dini və gözəl əxlaqı başqa insanlara da təbliğ etməklə məsul etmişdir. Ona görə, insanlara Allah’ın varlığı, birliyi və ucalığından bəhs edib onları Quran əxlaqına dəvət edən möminlərədanışmaq böyük ibadətdir. Allah’ın böyüklüyünü anlayan və din əxlaqı ilə yaşayan insanların bu barədə məlumatı olmayanlara düşündüklərini səmimi şəkildə ifadə etmələri bir çoxlarının İslama yönəlməsinə və qəlbinin Allah qorxusu ilə dolmasına vəsilə ola bilər. Bu isə Allah qatında çox xeyirli əməldir. Ona görə, iman gətirənlər Allah’dan həmişə ağıl, hikmət və xeyirli danışa bilməyi istəyərlər. Söhbətlərində Allah’ı zikr edər,insanlara sözün ən gözəlini söyləyər, onlara din əxlaqını təbliğ edər, yaxşılığı əmr edib pislikdən çəkindirərlər. Beləliklə, danışmaq möminlər üçün həyatlarının sonuna qədər əcir qazandıran ibadətə çevrilər. Oxumağa davam et