Kainatda Möcüzəvi Dinamika: Sürət

Yer kürəsi öz oxu ətrafında bir az yavaş fırlansaydı və ya orqanizminizdəki qan indikindən daha yavaş axsaydı, nə olardı? BəsSOLAR SYSTEM Günəşdən gələn işıq yer üzünə bu qədər yüksək sürətlə çatmasaydı? Bəlkə bu mövzular haqqında heç düşünməmisiniz, ancaq bütün bu hadisələrin ən uyğun sürətdə baş verməsi həyatımızı davam etdirməyimiz üçün labüd ünsürdür.

Biz heç fərqində olmadan, həm bədənimizdə, həm də ətrafımızda yaşamağımız üçün lazımi proseslər məhz lazımi sürətdə həyata keçir. Bu sürətdə, məsələn, beyin hüceyrələrinin sürətlə bir-birləri ilə rabitə qurmalarında, göz, qulaq, burun, dil və dəridən gələn siqnalların sürətlə elektrik impulsuna çevrilib sinir hüceyrələri vasitəsilə beyinə göndərilməsində, bitkilərin fotosintez kimi kompleks prosesi həyata keçirməsində, bizdən milyonlarla kilometr məsafədə olan Günəşin işığının böyük sürətlə bizə çatmasında, səsin sürətində və başqa bir çox hadisədə görə bilərik. Oxumağa davam et