Gecikdirmək Ancaq Küfrü Artırır

1174887_443135622467799_1791007550_n  Gecikdirmək ancaq küfrü artırır… (Tövbə surəsi, 37)

Şeytanın insanların bəzilərinə verdiyi hiyləgər təlqinlərdən biri din əxlaqı ilə   yaşamağı ertələməkdir. Şeytanın təlqininə inanan insan sonsuz həyatına təsir edən   bu işi yaxın gələcəkdə asanlıqla həll etmək üçün yerinə yetirməyə vaxtı olduğunu düşünür. Bir saat sonra, bir həftə sonra, bir ay sonra, gələn il və ya yaşı bir az da irəlilədikdə edəcəyinə əmin olduğuna görə, Quran əxlaqı ilə yaşamağı ertələyir. Halbuki, uca Allah’ın hər insana dünya həyatında verdiyi möhlət bir gün mütləq sona çatacaq və bu müddətin bir il, bir ay, bir gün sonra, yoxsa indi sona çatacağı ancaq Allah dərgahında məlumdur. Buna görə, din əxlaqı ilə yaşamağı ertələmək böyük qəflətdir. Oxumağa davam et

Müsəlman Şən Və Nikbin Olur

images

  • Bəzi insanlar hər cür imkana sahib olsalar da, nə üçün ürəkdən sevinmirlər?
  • Möminlərin güclü olduqlarının və sevinclərinin mənbəyi nədir?
  • Hz. Mehdi (ə.s) dövründə imani sevinc necə artacaq?

Bəzi insanlar maddi cəhətdən nə qədər güclü olsalar da, ən kiçik çətinlik zamanı dərhal ümidsizliyə qapılır, bədbinləşirlər, ona görə də sevinclərini tez itirirlər. Həyat sevincini və əzmlərini itirdiklərinə görə, qarşılaşdıqları çətin vəziyyətlərdə heç bir şeydən güc və dəstək ala bilmirlər. Bu, təbii olaraq onların gündəlik həyatına, hərəkət və davranışlarına da mənfi təsir edir. Hər hansı yerə getmək və ya hər hansı işi görmək üçün güc və istəkləri qalmadıqlarına görə ərincək və halsız olurlar. Oxumağa davam et