Yer planeti, bildiyimiz kimi, Günəş sisteminin bir parçasıdır. Günəş sistemi isə qüsursuz planın və mükəmməl tarazlıqların olduğu bir məkandır. Günəşin diametri Yerin diametrinin 103 misli qədərdir. Bunu bir bənzətmə ilə açıqlayaq: Əgər diametri 12.200 km olan Yeri bir üzüm çəyirdəyi böyüklüyünə gətirsək, Günəş də bildiyimiz futbol topunun iki misli qədər böyüklükdə dairəvi bir kürə halına gələr. Əsl maraq doğuran şey aradakı məsafədir. Oxumağa davam et
Günəş
Quranda günəşlə bağlı bildirilən möcüzələr
Quranın Allah`ın sözü olduğunu sübut edən möcüzəvi xüsusiyyətlərdən biri Quranın nazil edildiyi dövrdə bilinməsi mümkün olmayan elmi həqiqətlərin Quranda xəbər verilməsidir. Günəş haqqında Quranda diqqət çəkilən faktlar Quranın bu möcüzəvi xüsusiyyətlərindən biridir.
Günəş mərkəzli sistem
(Allah) göyləri və yeri haqq olaraq yaratdı. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. O, qüdrətlidir, bağışlayandır. (Zumər surəsi, 5) Oxumağa davam et
Qurani Kərimdə Allahın Riyazi Möcüzəsi
Quran göndərildiyi gündən etibarən hər dövrdə yaşayan insan qrupunun anlaya biləcəyi asan və aydın dilə malikdir. Ədəbi dilinin mükəmməlliyi, bənzərsiz üslub xüsusiyyətləri və ehtiva etdiyi üstün hikmət bunun ən əhəmiyyətli səbəblərindəndir. Bununla yanaşı Quranın Allahın sözü olduğunu isbat edən bir çox möcüzəvi xüsusiyyəti daha var. Bunlardan biri də Quranda diqqəti cəlb edən söz təkrarlarıdır.
Allah bundan 14 əsr əvvəl insanlara yol göstərici kitab olan Quran-ı Kərimi göndərmiş və bütün insanlığı Qurana riayət edərək qurtuluşa çatmağa dəvət etmişdir. Ayədə də bildirildiyi kimi Quran “…aləmlərə bir zikr (öyüd, xatırlatma, hökm və üstün bir şərəf)dən başqa bir şey deyil.” (Qələm Surəsi, 52) Quran göndərildiyi gündən qiyamət gününə qədər insanlığın tək yol göstəricisi olan son İlahi kitab olacaq. Ancaq 20-ci və 21-ci əsr texnologiyası ilə əldə etdiyimiz bəzi elmi gerçəklərin 1400 il əvvəl Quranda bildirilməsi Quranın Allahın sözü olduğunu isbat edən çox sayda möcüzələrdən biridir. Bu xüsusiyyətlərdən biri də “riyazi möcüzə”lərdir. Bu möcüzəyə bir nümunə isə Qurandakı bəzi söz təkrarlarının verdiyi ortaq ədədi göstərmək olar. Bir-biriylə əlaqədar bəzi sözlər möcüzəvi şəkildə eyni sayda təkrarlanır. Aşağıda bu cür sözlər və Qurandakı təkrarlanma ədədləri verilmişdir.
“Yeddi göy” ifadəsi 7 dəfə keçir. “Göylərin yaradılışı (xəlqi səmavat)” ifadəsi də 7 dəfə təkrarlanır.
“Gün (yəvm)” ifadəsi tək olaraq 365 dəfə keçərkən, çoxluq yəni“günlər (əyyam və yəvməyn)” sözləri 30 dəfə təkrarlanır. “Ay” sözünün təkrar sayı isə 12-dir. Oxumağa davam et
Kosmosdakı Böyüklük Anlayışı
Kainatda saysız-hesabsız sistem işləyir. Allah biz bilmədən belə, məsələn, kitab oxuyarkən, yeriyərkən, yatarkən bütün bu sistemləri nəzarətdə saxlayır. Allah insanların Öz hüdudsuz gücünü qavramaları üçün kainatdakı nizamı saysız-hesabsız incəliklə birlikdə yaratmışdır. Allah Quranda insanlara xitab edir, kaianatdakı nizamın yaradılış səbəbini “Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm ilə ehtiva etdiyini biləsiniz deyə” (Talaq surəsi, 12) şəklində ifadə edir. Bu nizamda elə incəliklər var ki, insan düşünməyə haradan başlayacağına çaşır.
Məsələn, kosmosun ucsuz-bucaqsız olduğundan Oxumağa davam et
Hz. Mehdinin (ə.) Çıxış Əlamətlərindən: Ramazan Ayında Ay və Günəş Tutulmaları
“Hz. Mehdi (ə.) üçün 2 əlamət var: … Bunun 1-si, Ramazanın birinci gecəsi Ayın, 2-ci isə ortasında Günəşin tutulmasıdır.” (Əl-Kavlu’l Müxtəsər Fi Əlamətil Mehdiyy-il Müntəzər, s. 47)
“Hz. Mehdinin (ə.) çıxışından əvvəl Ramazan ayı içində Günəş iki dəfə tutulacaq.” (Ölüm-Qiyamət-Axirət və Axır Zaman Əlamətləri, s. 440)
“… Günəşin oruc ayının ortasında, Ayın isə sonunda tutulması…”(Kitab-ül Burhan Fi Əlaməti-el Mehdiyy-il Axır Zaman, s. 37)
“Hz. Mehdinin (ə.) gəlişi Ramazan ayında Ayın iki dəfə tutulmasına səbəb olacaq.” (Qiyamət Əlamətləri, s. 200)