İşığın mükəmməl quruluşu

bogdan-chiriac-fotografie“Günəşdən yayılan şüaların, Yer üzündə həyatın mövcudluğunu dəstəkləmək üçün lazım gələn çox kiçik intervala yerləşdirilmiş olması, həqiqətən çox fövqəladə haldır”.

(Yan Kempbel (Ian Campbell), ingilis fiziki) (1)

Yaşadığımız həyat boyu ən çox gördüyümüz göy cismi Günəşdir. Gündüzləri nə vaxt başımızı qaldırıb göyə baxsaq, onun göz qamaşdıran işığı ilə qarşılaşarıq. Biri gəlib bizdən: “Günəş nə işə yarayır” deyə soruşsa isə, çox düşünmədən bu cavabı verərik: Günəş bizə istilik və işıq verir. Bu cavab, bir qədər səthi də olsa, doğrudur.

Oxumağa davam et

Ultrabənövşəyi şüalardan infraqırmızı şüalara

 

visible_light_spectrum-1024x608İşıq 1025 fərqli dalğa uzunluğunda ola bilər. Bu dalğa uzunluqları müxtəlif enerji səviyyələrinə malikdir. Bu enerji səviyyələrini araşdırdığımızda, müxtəlif dalğa uzunluğundakı şüaların, maddə ilə təmas etdiklərində çox fərqli təsir meydana gətirdiklərini görürük.

Elektromaqnit şüalar intervalının qısa dalğa uzunluğuna sahib şüalarının ortaq xüsusiyyəti, çox yüksək enerji daşımalarıdır. Qamma şüaları, rentgen şüaları və ultrabənövşəyi şüalar kimi tanınan bu şüalar, atomlar və ya molekullarla qarşılaşdıqları vaxt, yüksək enerjilərindən ötrü onları parçalayarlar. Qarşılarına çıxan maddələri, mikro səviyyədə, “dəlik-deşik” edərlər.

Oxumağa davam et

Dünyanın ən yoxsul insanları dünyanın ən zəngin qitəsindədir

poverty-shoes*1200xx3870-2177-0-199Dünya əhalisinin 15%-ni məskunlaşdırır.

Yeraltı və yerüstü zənginlikləri baxımından isə dünyanın ən dəyərli bölgəsidir.

Dünyadakı qaz ehtiyatlarının 8%-inə malikdir. Qitədəki 45 ölkədə neft yataqları mövcuddur.

Dünyadakı kobaltın 57%-i, almazın 47%-i, manqanın 49%-i, fosfatın 31%-i, qızılın isə 21%-i bu qitədə yerləşir. Bundan əlavə, qitə hidroelektrik enerjisi, günəş enerjisi və geoistilik enerji baxımından da çox geniş potensiala malikdir.

Əkinçiliyə əlverişli əraziləri də olduqca çoxdur. Dünyanın bir çox ölkəsi bu qitədə torpaq icarəyə götürərək kənd təsərrüfatı ilə məşğul olur. Bütün bu xüsusiyyətləri ilə birlikdə Afrika ərazisinə görə dünyanın ikinci ən böyük qitəsidir.

Bu məlumatlar insana təbii olaraq Afrika qitəsinin ən zəngin ölkələr və insanlar diyarı olduğunu düşündürür. Ancaq vəziyyət tam əksinədir.

Afrika dünyanın ən yoxsul və ən az inkişaf etmiş qitəsidir. Dünyadakı ən kasıb 49 ölkədən 34-ü Afrikadadır. Qitə əhalisinin 40%-dən çoxunun gündəlik 1 dollardan az gəliri var. Üstəlik qitəyə vətəndaş müharibələri, terror, xəstəliklər, yoxsulluq və aclıq hakimdir. Oxumağa davam et