Müsəlmanın diqqətinin və şüurunun açıq olmasına kömək edən səbəblər

Müsəlman diqqətinin və şüurunun hər an, hər saniyə açıq olması üçün nələrə fikir verməlidir?2942294-chicholiko

İman gətirən insan Allahın Quranla insanlara bildirdiyi həqiqətlərə səmimi qəlbdən inanıb, bütün həyatını bu həqiqətlər əsasında yaşamağa qərar verib.

Allahdan başqa qüvvə olmadığına, qədərin, məhşər gününün, cənnətin və cəhənnəmin haqq olduğuna, dünya həyatının imtahan yeri olduğuna və hər insanın Quran əxlaqı ilə yaşamaqla məsul olduğuna qəti iman gətirib. Bu imanı nəticəsində bir insan bütün həyatı boyu artıq Quranla bildirilən həqiqətlər əsasında yaşayır. Hər anını bu məlumatlar işığında, Allahın rizasına uyğun keçirir. Oxumağa davam et

Münafiqin əsas xüsusiyyətləri

Münafiqlər iman gətirən səmimi müsəlmanlardan xarici görünüş baxımından elə dəçox fərqlənmirlər, lakin daxili aləmləri tamamilə asresimler5fərqlidir. Münafiqlər kənardan baxan insana dini yaşadıqları təəssüratını verə bilərlər. Danışıq və rəftarları ilə müsəlman təqlidi edə bilər, ibadətləri ilə özlərini dindar olaraq tanıda bilərlər. Ancaq onların din anlayışı Quranı deyil, öz yanlış məntiqlərini əsas olaraq qəbul edir. Dinlə bağlı düşüncələrinin təməlində mənfəət qazanma, öz istək və həvəslərini təmin etmək məqsədi yatır. Münafiqlər bu niyyətlərini gizlədərək möminlər arasında Quran əxlaqının yaşandığı mühitdəki gözəlliklərdən istifadə etmək istəyirlər. Oxumağa davam et

Allahın Möminlərə Dəstəyi

Cahiliyyə cəmiyyətindəki insanlar xarakterlərini sahib olduqları güc və mövqelərinə görə formalaşdırırlar. Özlərinə güvənməkləri üçün mütləq ya zəngin, ya məşhur, ya çox gözəl və ya yaraşıqlı olmalıdırlar. Ancaq mömin yalnız Allaha güvənərək yaşayar və möminin özünə güvənməsi üçün inkarçıların ehtiyac duyduğu maddi meyarların heç birinə ehtiyacı yoxdur. Çünki Allah daim möminlərlədir. Allah, And olsun ki, Mən və elçilərim hökmən qalib gələcəyik!” (Mücadilə Surəsi, 21) hökmünün sirri ilə elçilərini və onlara tabe olan möminləri hər zaman qalib edər. Mömin bütün dünyanın qarşısında tək başına olsa belə üstün gələr. Allah rəsuluna belə bildirir:

Əgər onlar səni aldatmaq istəsələr, (bil ki,) sənə Allah yetər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi. (Ənfal Surəsi, 62)

Unudulmamalıdır ki, insanlara yolları açan, müvəffəqiyyət qazandıran, onları inkişaf etdirən, gücləndirən Allahdır. İnsanın öz müvəffəqiyyəti üçün düşündüyü səbəblər bu müvəffəqiyətin əldə olunması üçün kifayət deyil. Oxumağa davam et