Həşəratların güclü qanadları

kelebek3gf4Bütün həşəratların qanadlarında damarlar var. Həşərat böyüdükdə damarlar qan daşıyır. Lakin daha sonra damarlar sərtləşir və həşəratın qanadlarını da çərpələngin çərçivəsi kimi sərtləşdirir. Bir çox həşərat qanadlarını həddindən artıq sürətlə çırpır. İnsan gözü həşərat qanadlarının hərəkət sürətini müşahidə edə bilmir. Məsələn, eşşək arıları, bal arıları və milçəklər bir göz qırpımı qədər qısa olan bir saniyədə təqribən 200 dəfə qanad çırpırlar. Forcipomyia kimi həşəratlar isə bir saniyədə 1000 dəfə qanad çırpır. Əgər qanadlardakı damarlar olmasaydı, həşəratların qanadları parçalanaraq qopardı. Göründüyü kimi, həşərat qanadlarında çox xüsusi, bənzərsiz dizayn və ağıl var. Bu ağılın sahibi də, şübhəsiz ki, hər şeyi ən incə təfərrüatına qədər planlaşdıran Allahdır. Oxumağa davam et

Bakteriyaların antibiotiklərə qarşı müqavimət qazanması nə üçün təkamülə dəlil deyil?

bakteriyaAleksandr Fleminq (Alexander Flemming) ilk antibiotik olan penisillini 1928-ci ildə kəşf etdikdə yer üzündə artıq bakteriyanın qalmayacağını hesab edirdilər. Ancaq penisillinin  müəyyən mikroblara təsir etdiyi sonradan başa düşüldü. Penisillinin öldürdüyü mikrobların yerinə penisillinin təsir edə bilmədiyi başqa bakteriyalar qalır. Sonradan kəşf edilən digər antibiotiklər də penisillin kimi eyni xüsusiyyətə malikdir.

Bunun səbəbi antibiotiklərin bakteriyalara təsir etmə formasıdır: antibiotiklər molekulyar quruluşlarına əsasən, bakteriyanın müəyyən bir zülalına yapışaraq onu təsirsiz hala salırlar. Beləliklə, bakteriya ya ölür, ya da çoxalmasının qarşısı alınır və bu yolla infeksiya nəzarətdə olur. Ancaq məlumdur ki, hər canlı növündə olduğu kimi, hər bakteriya növünün də müxtəlif formaları, yəni variasiyaları mövcuddur. Oxumağa davam et