Bir-Birimizi Müjdələyək

«Doğ­ru­dan da, Biz sə­ni haq­la müj­də ve­rən və qor­xu­dan bir pey­ğəm­bər ki­mi gön­dər­dik. Elə bir üm­mət yox­dur ki, onun için­dən qor­xu­dan bir el­çi gə­lib get­mə­sin!» («Fa­tir» su­rə­si, 24).

Mü­səl­man­la­rın xə­bər­da­re­di­ci xü­su­siy­yət­lə­ri ilə ya­na­şı, müj­də­ve­ri­ci xü­su­siy­yət­lə­ri də vardır. Çün­ki Quran in­san­la­ra həm xə­bər­dar­lıq, həm də müj­də ki­mi na­zil edil­miş­dir.

Quran­da müs­bət xa­rak­ter­li in­san­lar üçün bir çox müj­də­lər var. Şüb­hə­siz ki, bun­la­rın ən əhə­miy­yət­li­lə­rin­dən bi­ri gö­zəl əx­laq­lı in­san­lar üçün ha­zır­la­nan cən­nət­dir. Al­lah in­san­la­rın səbir­li, sə­mi­mi, əda­lət­li, gö­zəl söz­lü, tə­va­zö­kar, gö­zəl əxlaqlı ola­caq­la­rı təq­dir­də axi­rət­də bir çox mü­ka­fat­lar­la qar­şı­lıq gö­rə­cək­lə­ri­ni bil­dir­miş­dir. Oxumağa davam et

Möminin Qətiyyəti

Mö­mi­nin ən mühüm xü­su­siy­yət­lə­rin­dən bi­ri də son də­rə­cə qətiyyətli ol­ma­sı­dır. O, heç za­man şövq və hə­yə­ca­nı­nı itir­məz. Onun məq­sə­di yal­nız Al­la­hın ra­zı­lı­ğı­nı qa­zan­maq­dır. Bu­na gö­rə heç bir çə­tin­lik onu yo­lun­dan dön­də­rə bil­məz. İn­san­la­rın on­lar haq­qın­da nə dü­şün­dük­lə­ri də önəm­li de­yil­dir. Ye­ga­nə is­tə­yi Al­la­hın razılığıdır; bü­tün hə­ya­tını bu hə­də­fə gö­rə plan­daş­dı­rı­r.

Allah mö­min­lə­rin qətiyyətli olmalarını müx­tə­lif formalardan sı­naq­dan ke­çi­rir. Mə­sə­lən, Al­lah mö­min­lə­rə bir müd­dət sı­xın­tı ve­rə bi­lər; on­la­rı tər­bi­yə et­mək üçün çə­tin­lik ve­rə bi­lər. Qu­ran­da bu və­ziy­yət be­lə açıq­la­nır:

«Əl­bət­tə, Biz si­zi bir az qor­xu, bir az ac­lıq, bir az da mal, can və məh­sul qıt­lı­ğı ilə im­ta­han edə­rik. Səbir edən şəxs­lə­rə müj­də ver!» («Bə­qə­rə» su­rə­si, 155).

Qə­ti dü­şün­cə­yə sa­hib olan mö­min, ayə­də bil­di­ril­di­yi ki­mi, bü­tün çə­tin­lik­lə­rə səbr edər. Qu­ran­da mö­min­lə­rin bu dav­ra­nı­şı be­lə bil­di­ril­miş­dir:

«Ne­çə-ne­çə pey­ğəm­bər bir yı­ğın al­lah­pə­rəst­lə bir­lik­də vu­ruş­muş­lar. La­kin on­lar Al­lah yo­lun­da çək­dik­lə­ri mü­si­bət­lə­rə gö­rə nə zə­if­lik, nə aciz­lik gös­tər­miş, nə də bo­yun əy­miş­lər. Al­lah səbr edən­lə­ri se­vər! On­la­rın: «Ya Rəb­bi­miz, gü­nah­la­rı­mı­za və iş­lə­ri­miz­də həd­di aş­dı­ğı­mı­za gö­rə bi­zi ba­ğış­la! Qə­dəm­lə­ri­mi­zi möh­kəm­lən­dir və ka­fir­lə­rə qə­lə­bə çal­maq­da bi­zə kö­mək et!» – de­mək­dən baş­qa söz­lə­ri ol­ma­mış­dır» («Ali-İm­ran» su­rə­si, 146-147).

Oxumağa davam et

Qətiyyət

Mö­mi­nin ən mühüm xü­su­siy­yət­lə­rin­dən bi­ri də son də­rə­cə qətiyyətli ol­ma­sı­dır. O, heç za­man şövq və hə­yə­ca­nı­nı itir­məz. Onun məq­sə­di yal­nız Al­la­hın ra­zı­lı­ğı­nı qa­zan­maq­dır. Bu­na gö­rə heç bir çə­tin­lik onu yo­lun­dan dön­də­rə bil­məz. İn­san­la­rın onun haq­qın­da nə dü­şün­dük­lə­ri də önəm­li de­yil­dir. Ye­ga­nə is­tə­yi Al­la­hın rıza­sı­dır; bü­tün hə­ya­tını bu hə­də­fə gö­rə plan­daş­dı­rı­r.

Allah mö­min­lə­rin qətiyyətli olmalarını müx­tə­lif formalarda sı­naq­dan ke­çi­rir. Mə­sə­lən, Al­lah mö­min­lə­rə bir müd­dət sı­xın­tı ve­rə bi­lər; on­la­rı tər­bi­yə et­mək üçün çə­tin­lik ve­rə bi­lər. Qu­ran­da bu və­ziy­yət be­lə açıq­la­nır:

«Əl­bət­tə, Biz si­zi bir az qor­xu, bir az ac­lıq, bir az da mal, can və məh­sul qıt­lı­ğı ilə im­ta­han edə­rik. Səbir edən şəxs­lə­rə müj­də ver!» («Bə­qə­rə» su­rə­si, 155).

Qə­ti dü­şün­cə­yə sa­hib olan mö­min, ayə­də bil­di­ril­di­yi ki­mi, ona qar­şı gə­lən bü­tün çə­tin­lik­lə­rə səbr edər. Qu­ran­da mö­min­lə­rin bu dav­ra­nı­şı be­lə bil­di­ril­miş­dir:

Oxumağa davam et

Səbr Etmək

Hə­ya­tı­nı İs­la­ma uy­ğun şə­kil­də qur­maq və bu hə­yat tərzi ilə üst-üstə düşməyən dav­ra­nış­lar­dan özü­nü uzaq tut­maq mö­mi­nin ger­çək­ləş­di­rə bi­lə­cə­yi iba­dət­dir. Bu barədə qə­tiyyətli ol­maq, gü­zəş­tə get­mə­mək və za­ma­nın yo­ru­cu tə­si­rin­dən qo­run­maq üçün səbr etmək lazımdır.

Bu sə­bəb­dən səbir və dö­züm anlayışları fərqlidir. Dö­züm, müəyyən sı­xın­tı və kə­dərə tab gətirməkdir. Hal­bu­ki mö­mi­nin ma­lik ol­du­ğu səbir anlayışı fərq­li­dir; səbir edən mö­min ba­şı­na gə­lən sı­xın­tı­la­ra gö­rə qəm çək­məz, ək­si­nə, Al­la­ha olan ya­xın­lı­ğı da­ha da ar­tar və do­la­yı­sı i­lə se­vin­ci, hə­yə­ca­nı və şöv­qü da­ha da yük­sək olar. Qu­ra­nın bir çox ayə­sin­də səbr etmək əmr edil­miş­dir:

«Sən səbr et. Şüb­hə­siz ki, Al­la­hın və­di haq­dır. Qoy qə­ti inan­ma­yan­lar sə­ni səni etinasızlığa sövq etməsinlər.!» («Rum» su­rə­si, 60).

« Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!» («Ali-İm­ran» su­rə­si, 200).

Oxumağa davam et

Dərin Düşünmək

Səhər oyandıqda etdiyiniz işləri bir anlıq fikrinizdən keçirin. Gözünüzü açır, nəfəs alır, yerinizdə çevrilir, qalxır və yeriyir, yemək yeyir, paltarınızı dəyişirsiniz. Ananızla və ya qardaşınızla, bacınızla danışırsınız, sizə dediklərini eşidirsiniz. Sonra bayıra çıxır və ya pəncərədən bayıra baxır və mavi səmanı görürsünüz. Bəlkə o an pəncərənin qarşısından uçan quşların səslərini eşidir, yerə düşən yarpağı seyr edərkən ağacdakı yetişmiş almaları görürsünüz. Günəşin istiliyini, eləcə də küləyi üzünüzdə hiss edirsiniz. Küçədə yeriyən, avtomobilləri ilə gedəcəkləri yerə çatmağa çalışan insanlar var. Qısaca desək, sizin üçün adi bir gün başlamışdır. Gördüyünüz, eşitdiyiniz şeylərə adət etmisiniz; ona görə onların üzərində düşünməyi belə lazım bilmirsiniz. Oxumağa davam et