Şahin Həsənlinin “Təkamül Allahın qoyduğu nizam kimi başa düşülməlidir” məqaləsinə cavab

99803.05.2016 tarixində kulis.az saytında xalq arasında Hacı Şahin kimi tanınan ilahiyyatçı Şahin Həsənli adından “Təkamül Allahın qoyduğu nizam kimi başa düşülməlidir” adlı bir məqalə  yayımlandı. Məqalədə həm elmi, həm də dini olaraq bir çox  yanlış fikirlər qeyd edilmişdir. Bu məqalədə Şahin Həsənlinin məqaləsində yanlış qeyd etdiyi elmi məqamlara elmi faktlarla, dini məqamlara isə Quran ayələri ilə cavablar verərək məsələyə aydınlıq gətirməyə çalışacağıq.

Məqalədə təkamül iddiasına cavaba keçməmişdən əvvəl Şahin Həsənlinin elmin və dinin məqsədi ilə bağlı iddialarına da cavab verək. Məqalənin 3-cü abzasında belə bir cümlə var: Bu baxımdan İslama görə, dinin vəzifəsi immanent aləmdəki hadisələri izah etmək deyil, transsendent aləmdən xəbər verməkdir. Pozitivist metodologiyaya əsaslanan elmin araşdırma predmeti isə yalnız maddi aləmdir. Bu baxımdan dinlə elmin predmeti və dili arasında sərhəd çəkilməlidir”. Eyni zamanda, məqalənin 4-cü abzasında: “Fərqlər isə axtarış sahələrindədir – dinin sahəsi qeyb, elmin sahəsi isə maddi aləmdir,- formasında bir cümlə də qeyd edilir.  Öncəliklə, qeyd edək ki, bu fikirlər həm elmi, həm də dini olaraq yanlışdır. Quranda heç bir ayədə dinin vəzifəsinin sadəcə Allahın qatından, Axirətdən və bu dünyaya aid olmayan aləmdən məlumat vermək olduğu yazılmayıb. Şahin Həsənli isə dinin vəzifəsinin bu dünyadakı hadisələri izah etmək olmadığını iddia edərək, dinin vəzifəsinin sadəcə digər aləm haqqında məlumat vermək olduğunu irəli sürür. Oxumağa davam et

İlahiyyatçı Şahin Həsənlinin Çarlz Darvin və təkamül fərziyyəsi ilə bağlı iddialarına cavab

4V547tN2s9gS27/11/2015 tarixində ilahiyyatçı Şahin Həsənlinin Moderator.az saytında müsahibəsi təqdim edilmişdir. Müsahibədə Hacı Şahinin bir çox mövzuda fikirləri qeyd edilmişdir. Lakin bu məqalədə biz müsahibədəki sadəcə təkamül fərziyyəsi və Darvinlə bağlı qeyd olunan fikirlərə münasibətimizi bildirəcəyik.

Öncəliklə, bunu qeyd etmək lazımdır ki, dünyanın hər yerində ilahiyyatçıların, adətən, dünyəvi elmlərlə maraqlanmamasının fəsadları çox böyük olur.  Bu böyük fəsad, əsasən də, ateizm qarşısındakı məğlubiyyət və təslimiyyətlə nəticələnir. Son dövrlər, xüsusilə də, Türkiyədə bir çox ilahiyyatçı ateizm qarşısında qaldıqları çarəsizlikdən, acizlikdən, təslimiyyətçilikdən qaynaqlanan səbəblə, bəzən isə özlərini ateist dairələrə elmə önəm verirmiş kimi göstərmək məqsədi ilə darvinizmin, əslində, dinə zidd olmadığını və hətta Quranda da olduğunu iddia edirlər. Və beləliklə, həm qarşısında çarəsiz qaldıqları ateizm iddialarına cavab verməkdən xilas olurlar, həm də  ateistlərə də öz aləmlərində “elmə önəm verirmiş” kimi bir görüntü verdiklərini zənn edirlər. Bəzi ateistlərə bu “uzlaşma” xoş gəlsə də, ateizmin nüfuzlu adları bəzi ilahiyyatçıların bu təşəbbüslərinin bihudə olduğunu hər fürsətdə dilə gətirirlər. Hal-hazırda dünyada ateizmin başlıca təbliğatçısı kimi tanınan təkamülçü Riçard Dokinz deyir:

“Daha təcrübəli ilahiyyatçılar isə təkamül nəzəriyyəsi ilə yaxşı yola gedirlər. Düşünürəm ki, onlar aldanırlar…”1

Çoxdandır ki, İranda, Türkiyədə və s. ölkələrdə olan bu “moda” artıq Azərbacana da gəldi. Azərbaycanda ən çox tanınan ilahiyyatçılardan əsasən “Hacı Şahin”  kimi tanınan Şahin Həsənli də son müsahibələrindən birində təkamül fərziyyəsinin əsaslı elmi nəzəriyyə olduğunu, dinin də bu nəzəriyyəni tam olaraq inkar etmədiyini və Darvinin özünün də, əslində, inanclı olduğunu vurğuladı.  Gəlin indi Hacı Şahinin iddialarının əsaslı olub-olmadığını araşdıraq. Oxumağa davam et