İlahiyyatçı Şahin Həsənlinin Çarlz Darvin və təkamül fərziyyəsi ilə bağlı iddialarına cavab

4V547tN2s9gS27/11/2015 tarixində ilahiyyatçı Şahin Həsənlinin Moderator.az saytında müsahibəsi təqdim edilmişdir. Müsahibədə Hacı Şahinin bir çox mövzuda fikirləri qeyd edilmişdir. Lakin bu məqalədə biz müsahibədəki sadəcə təkamül fərziyyəsi və Darvinlə bağlı qeyd olunan fikirlərə münasibətimizi bildirəcəyik.

Öncəliklə, bunu qeyd etmək lazımdır ki, dünyanın hər yerində ilahiyyatçıların, adətən, dünyəvi elmlərlə maraqlanmamasının fəsadları çox böyük olur.  Bu böyük fəsad, əsasən də, ateizm qarşısındakı məğlubiyyət və təslimiyyətlə nəticələnir. Son dövrlər, xüsusilə də, Türkiyədə bir çox ilahiyyatçı ateizm qarşısında qaldıqları çarəsizlikdən, acizlikdən, təslimiyyətçilikdən qaynaqlanan səbəblə, bəzən isə özlərini ateist dairələrə elmə önəm verirmiş kimi göstərmək məqsədi ilə darvinizmin, əslində, dinə zidd olmadığını və hətta Quranda da olduğunu iddia edirlər. Və beləliklə, həm qarşısında çarəsiz qaldıqları ateizm iddialarına cavab verməkdən xilas olurlar, həm də  ateistlərə də öz aləmlərində “elmə önəm verirmiş” kimi bir görüntü verdiklərini zənn edirlər. Bəzi ateistlərə bu “uzlaşma” xoş gəlsə də, ateizmin nüfuzlu adları bəzi ilahiyyatçıların bu təşəbbüslərinin bihudə olduğunu hər fürsətdə dilə gətirirlər. Hal-hazırda dünyada ateizmin başlıca təbliğatçısı kimi tanınan təkamülçü Riçard Dokinz deyir:

“Daha təcrübəli ilahiyyatçılar isə təkamül nəzəriyyəsi ilə yaxşı yola gedirlər. Düşünürəm ki, onlar aldanırlar…”1

Çoxdandır ki, İranda, Türkiyədə və s. ölkələrdə olan bu “moda” artıq Azərbacana da gəldi. Azərbaycanda ən çox tanınan ilahiyyatçılardan əsasən “Hacı Şahin”  kimi tanınan Şahin Həsənli də son müsahibələrindən birində təkamül fərziyyəsinin əsaslı elmi nəzəriyyə olduğunu, dinin də bu nəzəriyyəni tam olaraq inkar etmədiyini və Darvinin özünün də, əslində, inanclı olduğunu vurğuladı.  Gəlin indi Hacı Şahinin iddialarının əsaslı olub-olmadığını araşdıraq. Oxumağa davam et