Zamansızlıq və Qədər Gerçəyi

ZAMAN NƏDİR?

Zaman, bir anı digər an ilə müqayisə etdiyimizdə meydana gələn anlayışdır. Yəni zaman bizim yaşadığımız hadisələr arasında apardığımız müqayisəyə söykənir. Məsələn, bir insan otağa girir, sonra yerdə olan qələmi görür və əyilib onu götürür. Daha sonra bu qələmi masaya qoyur. Həmin insan, bütün bu hərəkətlər arasında müqayisə edir. Hər biri arasında müəyyən müddət keçdiyini düşünür və beləcə zaman hissini əldə edir.

Yəni, zaman beyində xatirə olaraq saxlanan bəzi məlumatlar, daha doğrusu görüntülər arasında müqayisə aparıldığında var olur. Əgər bir insanın yaddaşı olmasaydı, o insan hal-hazırkı anı yaşayacaq, beyni bu cür şərhlər edə bilməyəcək və dolayısı ilə zaman hissi də meydana gəlməyəcəkdi. Oxumağa davam et

Bilmədiyini Müdafiə Etmə!

İn­san­la­rın mü­da­fiə, tət­biq və təb­liğ et­dik­lə­ri hər hansı bir fi­krin və ya inan­cın vic­dan sa­rı­dan yüz fa­iz doğ­ru və də­qiq ol­ma­sı qə­naə­ti­nə gəl­mə­lə­ri və bu­na əmin ol­ma­la­rı əsas şərt­dir. Bu­nun ək­si, yə­ni in­san­la­rın doğ­ru ol­ma­sı­na vic­da­nən əmin ol­ma­dı­ğı və haq­qın­da mə­lu­ma­tı ol­ma­dı­ğı hər han­sı bir fik­rin, in­sa­nın və ya ha­di­sə­nin ar­dın­ca get­mə­lə­ri Quran­da qa­da­ğan edil­miş­dir. Al­lah Quran­da in­san­la­rın doğ­ru­lu­ğu­nu təs­diq edib ar­dın­ca get­dik­lə­ri hər bir fi­kir üçün axi­rət­də göz­lə­ri, qu­laq­la­rı və qəlb­lə­ri ilə he­sab ve­rə­cək­lə­ri­ni bil­dir­miş­dir:

«Bil­mə­di­yin bir şe­yin ar­dın­ca get­mə. Çün­ki qu­laq, göz və ürək – bun­la­rın ha­mı­sı sor­ğu-su­al olu­na­caq­dır» («İs­ra» su­rə­si, 36).

Mən­bə­yi sağ­lam olan və doğ­ru­lu­ğu qə­ti şə­kil­də bi­li­nən ye­ga­nə fi­kir sis­te­mi isə Al­la­hın doğ­ru ol­du­ğu­nu bil­dir­di­yi sis­tem­dir. Bu da Quran­da hər bir təfərrüatı  ilə bil­di­ri­lib. Bu­na gö­rə də mü­səl­man­lar vic­dan­la­rı­na uy­ğun ol­ma­yan və Quran­da bil­di­ril­mə­yən heç bir dü­şün­cə­ni qə­bul və təs­diq et­məz­lər. Oxumağa davam et