Bir camaata qarşı bəslənən kin möminləri ədalətdən çəkindirməz

204521042014Bir insanın ədalətli qərar verməsinin, ağıllı düşünməsinin və ağıllı davranmasının qarşısını alan amillərdən biri qarşısındakı insana və ya camaata qəzəbi, kinidir. Əslində, bu, dövrümüzün cahiliyyə cəmiyyətində çox geniş yayılmış düşüncə tərzidir. Bəzi insanlar düşmənçilik etdikləri insanlara qarşı asanlıqla hər cür ədalətsizlik, əxlaqsızlıq edirlər. Bəzən bir adamın üstünə törətmədiyi əmələ görə böhtan atır, təqsirsiz olduğunu bilsələr belə, onun əleyhinə şahidlik edirlər. Bu cür düşmənçiliyə görə günahsız yerə bir çox insan əziyyət çəkir. Bəzi insanlar doğrunu bildiklərinə baxmayaraq, düşmən hesab etdikləri insanların lehinə şahidlik etmir, əllərində bu insanın təqsirsizliyini sübut edən dəlil olsa belə, üzə çıxarmırlar. Hətta bu insanın başına böyük bəla gəlməsi, haqsızlıqla qarşılaşması və ya zülm görməsi onları sevindirir. Ən böyük narahatlıqları isə ədalətin üstün gəlməsi və bu insanın təqsirsizliyinin ortaya çıxmasıdır.

Oxumağa davam et

Allah yetimlərlə ədalətlə davranmağı qəti əmr etmişdir

poor, sad little child girl sitting against the concrete wall

Quranda ədalətin qorunmasına dair verilən nümunələrdən biri də yetimlərin malları ilə bağlıdır. Ayələrdə yetimlər öz mallarını sərbəst idarə edə biləcək yaşa çatana qədər ədalətlə onların malından istifadə etmək əmr edilmişdir. Ənam surəsində belə buyurulur:

Yetim həddi-buluğa çatana qədər, – xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin… (Ənam surəsi, 152)

Allah başqa ayələrində də yetimlər həddi-buluğa çatmadan onların mallarını tələm-tələsik sərf etməməyi xatırladır, insanları tam ədalətlə davranmağa çağırır. Bu barədəki ayələrdən bəziləri aşağıdakılardır:

Yetimlərin mallarını özlərinə verin və pisi yaxşı ilə dəyişdirməyin! Onların mallarını öz mallarınıza qatıb yeməyin! Həqiqətən, bu, böyük günahdır. (Nisa surəsi, 2) Oxumağa davam et