Hz. Mehdi (ə) Hicri İkinci Min İl Ərzində Gələcəkdir

İmam Rəbbani, Hz. Mehdinin (ə) Peyğəmbərimizin (s) vəfatından 1000 (min) il keçdikdən sonra hicri ikinci min il ərzində gələcəyini bildirir. “Məktubatı Rəbbani”nin bir çox hissəsində Hz. Mehdinin (ə), Hz. İsa (ə) ilə birlikdə olacağı da vurğulanır:

Ancaq gözlənilən odur ki; aradan min il keçdikdən sonra bu gizli dövlət təcid edilər (yenilənər). Ona bir üstünlük verilib suya çatması  artırılar… Beləliklə kəmalatın (fəzilətin) əsli zühur edib (ortaya çıxıb), onun zillətini örtər… Və nisbəti aliyyənin mürəvvici (böyük insanlar arasında etibarlı olan) Mehdi gələr. Allah ondan razı olsun. (Məktubatı Rəbbani, 1/569)

Aradan min il keçdikdən sonra, Hz. Mehdinin (ə) gəlişi də bunun üçündür. Onun mübarək kudümünü (gəlişini), Hatəm’ür-rüsul Rəsulullah (s) müjdələmişdir. Hətta Hz. İsa da aradan min il keçdikdən sonra nüzul edəcək. (Məktubatı Rəbbani, 1/440)

Oxumağa davam et