Oksigenin ideal həll olma əmsalı

air bubbles in the form of "O2" in the water

Bədənimizin oksigendən istifadə edə bilməsi, bu qazın suda həll olma xüsusiyyətindən qaynaqlanır. Nəfəs aldığımız vaxt, ağciyərlərimizə daxil olan oksigen, dərhal həll olaraq qana qarışar. Qandakı hemoqlobin adlı zülal həll olunan bu oksigen molekullarını tutaraq hüceyrələrə daşıyar. Hüceyrələrdə isə, bir qədər əvvəl ifadə etdiyimiz xüsusi ferment sistemləri sayəsində, bu oksigendən istifadə edilərək ATF adlandırılan karbon birləşmələri yandırılar və enerji əldə edilər.

Oxumağa davam et

Həyat üçün zəruri olan tarazlıqlar siyahısı

worldYer kürəsini araşdırdığımız vaxt, demək olar ki, bitməyəcəkmiş kimi görünən olduqca uzun “həyat üçün lazımi tarazlıqlar” siyahısını yaza bilərik. Məsələn, Amerikalı astronom Hyu Ros (Hugh Ross), Yerin həyat üçün əlverişliliyi ilə əlaqədar bəzi maddələri belə sadalayır:

Yerin cazibə qüvvəsi:

  • Əgər daha güclü olsaydı: Yer kürəsi atmosferi xeyli ammonyak və metan toplayar, bu da həyat üçün çox əlverişsiz olardı.
  • Yox əgər daha zəif olsaydı: Yer kürəsi atmosferi çox su itirər və həyat mümkün olmazdı.

Oxumağa davam et