Yer kürəsinin kosmosdakı yeri mükəmməl yaradılışın olduğunu göstərir

illustration of solar system showing planets around sun

Günəş sistemindəki bu möhtəşəm tarazlıqla yanaşı, üzərində yaşadığımız yer kürəsi planetinin bu sistem və ümumiyyətlə kosmosdakı yeri də, yenə mükəmməl bir yaradılışın olduğunu göstərir.

Son astronomik kəşflər, sistemdəki digər planetlərin mövcudluğunun, yer kürəsinin təhlükəsizliyi və orbiti üçün böyük əhəmiyyət daşıdığını göstərmişdir. Yupiterin mövqeyi buna bir nümunədir. Günəş sisteminin ən böyük planeti olan Yupiter, varlığıyla əslində yer kürəsinin tarazlığını təmin edir. Oxumağa davam et

Həyata imkanı verən kainatın təsadüfən yaranma ehtimalı

universe-stars-hd-wallpaper-1Kainatın böyük partlayışdan dərhal sonra müəyyənləşdirilən ədədi tarazlıqların, insan həyatı üçün fövqəladə şəkildə uyğun olduğunu göstərir. Partlayış sürəti, dörd əsas qüvvənin qiymətləri və sonrakı hissələrdə araşdıracağımız bütün digər dəyişənlər, yaşanıla biləcək bir kainatın yaranması üçün münasibdir və bu münasiblik, görünməmiş həssaslıqla müəyyənləşdirilmişdir. Bu məqamda materializmin “təsadüf” iddiasını ələ alaq. Təsadüf riyazi bir termindir və bir şeyin təsadüfən gerçəkləşib-gerçəkləşməyəcəyi ehtimal hesablamalarıyla başa düşülür. Biz də ehtimal hesablamalarına nəzər salaq.

Oxumağa davam et