Dinlərin Təkamülü Yalanı

Təktanrılı dinlərin təkamüllə çoxtanrılı dinlərdən əmələ gəlməsi yalandır

Təxminən bir əsr əvvəl, Çarlz Darvinin “Növlərin mənşəyi” adlı kitabı hələ ilk dəfə nəşr olunduğu dövrdə təkamül anlayışı materialist və ateist kütlələrin dəstəyini qazanmışdı. Dövrün bəzi mütəfəkkirləri insanın ətrafındakı hər şeyi təkamüllə açıqlayırdılar. Onların fikrincə, hər şey “ibtidai”dən başlayır, daha sonra aliyə doğru inkişaf edirdi.

Bu yanlış fikri bir çox sahəyə tətbiq etməyə çalışdılar. Məsələn, iqtisadiyyatda marksizm təkamül xarakterli inkişafın labüd olduğunu və nəticədə, bütün millətlərin kommunizmi qəbul edəcəyini iddia edirdi. Bunun ancaq təxəyyül məhsulu olduğu və marksizmin irəli sürdüyü iddiaların həqiqətləri əks etdirmədiyi zaman keçdikcə aparılan təcrübələrlə sübut edildi. Oxumağa davam et