Allah Dərgahında Heç Bir Anın İtmədiyinin Elmi Sübutu: HİPNOZ

  • Hipnoz seansları Allah qatında heç bir anın itmədiyini elmi cəhətdən necə sübut edir?
  • Aparılan hipnoz təcrübələrində hipnoz altında olan insanlar necə reaksiya verir?
  • Hipnoz dünya həyatının hisslərdən ibarət olduğunu anlamağa necə kömək edir?

Uşaqlıq və gənclik illərində insanın zehni aydın olur. İnsan o illərdə etdiklərinin hamısını əbədiyyən xatırlayacağını zənn edir. Hadisələr, insanlar, baş verənlər onun üçün o qədər vacibdir ki, bunların hamısını anbaan xatırlayacağını, hamısının həyatında mühüm yer tutacağını düşünür. Lakin zaman keçdikcə çox mühüm və aydın olduğunu zənn etdiyi bütün hadisələr getdikcə aydınlığını itirir, hətta yox olur. İllər sonra uşaqlıq və gənclik illərində başına gələnlərin sadəcə bir neçəsi hafizəsində qalır. Halbuki şahid olduğumuz və olmadığımız bütün hadisələr və səslər Allah qatında hər an hazırdır və hər an canlı şəkildə yaşanır. Bunların heç biri əsla itmir. Bu həqiqəti elmi cəhətdən sübut edən təcrübələrdən biri hipnozdur. Oxumağa davam et