Şəkər Fabriki

Əgər ehtiyacınızdan artıq şəkərli qida qəbul etsəniz, bədəninizdəki qüsursuz sistem qandakı şəkər miqdarının artmasının qarşısınıseker 1 almaq üçün işə düşəcək:

1-      Əvvəlcə, mədəaltı vəzi hüceyrələri qanın tərkibindəki milyonlarla molekul arasından şəkər molekullarını tapır və digərlərindən ayırır. Habelə, bu molekulların sayının çox və ya az olduğuna qərar verir, sanki şəkər molekullarını sayır. Gözü, beyni, əlləri olmayan, gözlə görməyəcəyimiz qədər kiçik hüceyrələrin bir mayenin içindəki şəkər molekullarının miqdarını bilməsi düşündürücüdür. (şəkil 23 – linkdəki şəkilə baxın) Oxumağa davam et

Bədənimizdəki Bioloji Saat

Bədənimizdə daxili saat adlandırdığımız möhtəşəm bir sistem mövcuddur. Vücud saatımızı dünyanın öz oxu ətrafında hərəkəti Biyolojiksaat08_page10_image1nəticəsində meydana gələn gecə-gündüz yerdəyişməsinə görə proqramlaşdıran bu bioloji saat sirkadian adlanır.
Uca Allah`ın sonsuz ağıl və yaratma sənətinə saysız nümunələrdən biri olan bu saat sistemi bədənimizi bütünlükdə əhatə edir. Beyinin hipotalamus hissəsində yerləşən təxminən 10 min ədəd supraxiazmatik nüvələr (suprachiasmatic nuclei – SCN) adlandırılan sinir hüceyrəsi bu saatın mərkəzini təşkil edir. SCN hüceyrələri bədənimizdəki bir çox fizioloji proseslərə nəzarət funksiyasını yerinə yetirir. Canlılardakı sirkadian saat dörd əsas gen tərəfindən idarə edilir və bu genlər SCN sahəsindən başqa bədənin, demək olar ki, bütün toxumalarında mövcuddur. Oxumağa davam et

İnsanın Bir Damlasını Belə Meydana Gətirə Bilmədiyi Nemət: Su

İnsanın əlində bütün xammallar olmasına baxmayaraq, meydana gətirə bilmədiyi ən böyük nemətlərdən biri “su”dur. Həyat üçün ən böyük ehtiyac olan su, insanlara Allah tərəfindən hazır olaraq təqdim edilmişdir. Suyun meydana gəlməsini bir laboratoriyada müşahidə edə bilməz, onu meydana gətirə bilmərik. Su, dünyanın meydana gəlişi əsnasında xüsusi olaraq meydana gəlmiş və canlılara təqdim edilmişdir. O vaxtdan bu vaxta kimi canlıların həyatda qalmasını təmin edən su, həmin o sudur. Oxumağa davam et