Təkmilləşmiş Kondisioner, Qüsursuz Hiss Edici: Dəri

Hal-hazırda bu kitabın səhifələrini asanlıqla çevirə bilirsiniz. Çünki əlləriniz səhifələri hiss etməkdə heç bir problem yaratmır. Eyni şəkildə düz, sürüşkən səthi olan cisimləri də məsələn, stəkanları da əlinizə alıb apara bilirsiniz. Bir tükə toxunduqda yumşaqlığını, bir qayanı tutduqda bərkliyini hiss edə bilirsiniz. Çünki dəriniz bütün bunları qəbul edib beyninizə lazımi siqnalları göndərərək sizin cisimləri beyninizdə qavramağınıza kömək edən xüsusiyyətə malikdir.

İnsan dərisinin altında yerləşən toxunma sinirləri çox həssasdır və bədənə səpələnmişdir. Ən çox sinir ucu barmaq uclarında yerləşir. Bu da sizə hərəkət asanlığı verir və heç bir rahatsızlıq olmur. Bununla yanaşı daha “əhəmiyyətsiz” yerlərdə məsələn, kürəkdə az sayda sinir ucu var. Bu çox mühüm üstünlükdür. Bunun əksini düşünək: Oxumağa davam et

Maddənin Həqiqi Mahiyyəti – 3

Qavrayan Kimdir?

Bura qədər izah etdiklərimizdən aydın olduğu kimi içində yaşadığımızı zənn etdiyimiz və “xarici dünya” olaraq adlandırdığımız maddi dünyanın əslində beynimizdə meydana gəldiyinə şübhə yoxdur. Amma burada mühüm sual ortaya çıxır: Bildiyimiz bütün maddi varlıqlar əslində hissdirsə, o zaman beynimiz nədir? Beynimiz də qolumuz, ayağımız və ya hər hansı digər əşya kimi maddi dünyanın bir parçası olduğuna görə o da digər maddələr kimi bir hiss olmalıdır.

Yuxu ilə bağlı çəkəcəyimiz nümunə mövzunu daha yaxşı açıqlayacaq. İndiyədək izah etdiklərimizə uyğun olaraq beynimizin içində yuxu seyr etdiyimizi düşünək. Bu yuxuda xəyali bədənimiz, xəyali qolumuz, xəyali gözümüz, xəyali beynimiz olacaq. Yuxu əsnasında bizə “harada görürsən?” sualı verilsə, verəcəyimiz cavab “beynimdə görürəm” olar. Amma ortada gerçək beyin yoxdur. Yalnız xəyali bədən, xəyali qafa tası və xəyali beyin var. Yuxunuzdakı görüntünü görən iradə isə yuxudakı xəyali beyin deyil, ondan daha “dərin” varlıqdır.

Yuxudakı mühitlə gerçək həyat dediyimiz mühit arasında hər hansı fiziki fərq olmadığını bilirik. Bu halda, gerçək həyat dediyimiz mühitdə bizə “harada görürsən?” sualı verilsə, yuxarıdakı nümunədə olduğu kimi “beynimdə” cavabını verməyin mənası yoxdur. Hər iki vəziyyətdə də görən və hiss edən iradə ət parçasından ibarət beyin deyil. Oxumağa davam et

Maddənin Ardındakı Möhtəşəm Elm

Düşünmək və araşdırmaq insanın bilmədiklərini öyrənməsini, “baxıb görə bilmədiklərini” görməsini, dünya həyatının gerçəyini kəşf etməsini təmin edir. Ancaq əsas olan insanın səmimi düşüncə ilə əldə etdiyi gerçəklərdən qaçmaması, kəşf etdiyi gerçəklərə uyğun yeni bir həyata başlayacaq iradəni göstərə bilməsidir. Bu yazıda bu günə qədər heç vaxt rast gəlmədiyiniz, heyrətamiz, həyata baxışınızı tamamilə dəyişdirən bir elm izah ediləcək. Bu elm, tarix boyunca böyük İslam alimlərinin diqqət çəkdiyi, müasir elmin qəti şəkildə sübut etdiyi həqiqətdir. İnsan, həyatının ilk çağlarından etibarən içində yaşadığı dünyanın mütləq maddi həqiqət olduğuna şərtlənmişdir. İnsan bu şərtlənmə daxilində böyüyür və bütün həyatını bu dünyagörüşü üzərində qurur. Ancaq müasir elmin nail olduğu nəticələr düşünüldüyündən daha fərqli və daha mühüm bir gerçəyi ortaya çıxarmışdır. Allahın yaratma sənətindəki ən əhəmiyyətli gerçəklərdən biri olan bu elm, insanın həm özünə, həm ətrafına, həm həyata, həm də hadisələrə baxışını tamamilə dəyişdirəcək səviyyədədir. Bu maddənin, kainatın və onun içindəki hər şeyin xəyal, “hisslər aləmi” olduğu həqiqətindən qaynaqlanır. Bu heyrətamiz həqiqəti anlamaq üçün ilk növbədə maddə zənn etdiyimiz varlıqları bizə tanıdan duyğularımızın və beynimizin necə işlədiyinə nəzər salaq. Oxumağa davam et