Ədalət deyiləndə, bəlkə də, ədalətli davranmağın çox asan olduğunu, bütün qərarlarınızda həmişə ədalətli davrandığınızı düşünə bilərsiniz. Ancaq verəcəyiniz ədalətli qərar nəticəsində bir yaxınınız, ananız, atanız və ya qohumunuz fiziki və ya mənəvi sıxıntıya düşsə, yenə də bu qərarı asanlıqla verərsinizmi? Sevdiyiniz, ancaq doğru yoldan çıxmış bir şəxs barəsində qərar verərkən tərəfsiz, dürüst ola bilərsinizmi?
hökm
Allah ədalətli olmağı əmr edir
Əsil ədaləti Allah Quranda belə təsvir edir: insanlar arasında heç bir ayrı-seçkilik etmədən ədalətlə hökm vermək, insanların hüquqlarını qorumaq, zülmə səssiz qalmamaq, zalıma qarşı məzlumun tərəfində olmaq, ehtiyac içində olanlara yardım etmək. Bu ədalət bir qərar vermək lazım olduqda hər iki tərəfin də hüququnu qorumağı, hadisələri hərtərəfli dəyərləndirməyi, ön mühakiməsiz düşünməyi, bitərəflik, haqq, dürüstlük, mərhəmət və şəfqət tələb edir. Bunlardan biri əksik olduqda və ya üstün gəldikdə əsl ədaləti tətbiq etmək çətinləşir. Məsələn, hadisələri soyuqqanlılıqla dəyərləndirməyən, həyəcanlı və hisslərinə qapılan insan düzgün qərar verə bilməz, hisslərinin təsiri altında qalar.
Halbuki ədalətlə hökm verən insan bütün şəxsi hiss və düşüncələrini bir kənara qoymalı, ondan yardım istəyən hər iki tərəfə qarşı ədalətlə davranmağı, hər cür şərtlər altında doğru olmağı, dürüstlükdən əl çəkməməyi Quran əxlaqı ölçüsündə özünə meyar etməlidir. Bu şəxs elə əxlaqda olmalıdır ki, öz mənfəətindən əvvəl qarşı tərəfi düşünməli, özünə zərər gəlsə belə, əgər qarşı tərəf haqlıdırsa, ədalətli olmalıdır.
Kininiz Sizi Ədalətsizliyə Sövq Etməsin
Ədalət, insanlar arasındakı anlaşılmazlıqları həll edərkən haqq sahibinə heç bir tərəf tutmadan haqqını vermək mənasını verir. Amma Quran əxlaqına əməl etməyən insanlar əsasən tam və qəti ədalət anlayışı ilə hərəkət etməzlər. Bir çox xarici amillər onların ədalətli qərar qəbul etmələrinə təsir göstərə bilər. Məsələn, belə bir adam özünə daha yaxın hesab etdiyi insanın lehinə qərar qəbul edə bilər. Həmçinin mənfəətinə uyğun gördüyü, özünə faydalı olan şəkildə hökm verə bilər. Yəni hər növ şəxsi mənfəət naminə verilən qərar ədalətli olmaya bilər.
Lakin insanların ədalətsizlikləri daha çox kin bəslədikləri insanlara qarşı olan davranışlarında ortaya çıxır. Nəfsinin diqtə etdiyi kin hissinə qapılan insan qarşısındakı şəxslə bağlı ədalətli qərar qəbul etməkdə çətinlik çəkə bilər. Kin bəslədiyi şəxsin haqlı olmasına baxmayaraq, Oxumağa davam et
Quran Oxuyarkən Şeytandan Allaha Sığının!
Allah bir sınaq olaraq şeytanı insanların düşüncələrinə gizli təlqinlər edən xüsusiyyətdə yaradıb. Bu təlqin də insanların iman dərəcələrinə görə dəyişir. Şeytanın inkarçılar qarşısında hər istədiyini etdirəcək bir qüvvəsi olduğu halda, səmimi möminlərin imanına zərər verə biləcək heç bir qüvvəsi və təsiri yoxdur («Hicr» surəsi, 39-40). Lakin şeytanın Allahın xalis qullarını azdırmaq qabiliyyətinə tam malik ola bilməsədə, o, insanların nəzərlərini yayındırmaq, unutqanlıq vermək, diqqətlərini toplamağa imkan verməmək kimi zərərlər verməyə çalışır. Şübhəsiz ki, şeytanın təsiri ilə hərəkət edən insanlar öz sözləri, danışıqları, davranış və hərəkətləri ilə möminləri narahat edirlər. Bunun kimi şeytan da özünün görünməzliyi ilə bu cür narahatlığı verməyə çalışır. Bununla da şeytan möminlərin düşüncələrini məşğul edib diqqətlərini yayındırmaqla onların xeyirli əməllərinə mane olmaq istəyir.
Şeytanın bəhs etdiyimiz bu üsulla çatmaq istədiyi məqsədlərdən biri də möminlərin Allahın sözü olan Quranı oxuyub dərk etmələrinin və ondan gözəl şəkildə istifadə etmələrinin qarşısını almaqdır. Çünki möminlər Oxumağa davam et
Münafiqlər
İnsan dinə yaxınlaşarkən «Bu işin içində necə bir mənfəət əldə edə bilərəm?» kimi azdırıcı məntiqlə deyil, «Allaha necə ibadət edə bilərəm, Ona necə itaət edib razılığını qazana bilərəm?» məntiqini düşünməlidir. Buna zidd olan davranış isə səmimiyyətsizlik olar. Quran bu cür davranışları mənimsəyənləri «münafiq» olaraq tanıtmışdır. Bunlar bir sıra mənfəətləri naminə dindar görünən, qeyri-səmimi, ikiüzlü insanlardır və Allahın qəzəbinə ən çox uğrayan, cəhənnəmin ən alt təbəqəsinə atılacaq olanlar da onlardır. Quranda bu insanların vəziyyəti belə bildirilir:
«Onlar: «Allaha, Peyğəmbərə iman gətirdik, itaət etdik!» – deyər, bundan sonra isə onlardan bir dəstə üz çevirər. Belələri mömin deyillər. Aralarında hökm etmək üçün Allahın və Peyğəmbərin yanına çağırıldıqda onlardan bir dəstə dərhal üz çevirər. Əgər haqq onların tərəfində olsa, itaət edib onun yanına gələrlər» («Nisa» surəsi, 47-49).
Göründüyü kimi, Oxumağa davam et
Vicdan və Ruh
Quranda nəfsin iki ayrı tərəfi olduğu bildirilir və nəfsin bir qisminin «həva»dan, yəni insanı Allahın yolundan döndərən xudbin istəklərdən və hərislikdən yarandığına diqqət yetirilir. Nəfsin digər tərəfi olan vicdan isə insanı Allaha və dinin varlığına yönəldir, nəfsin içindəki “fücur”dan çəkinməsini təmin edir.
Vicdan insana Allahın üfürdüyü «ruhdan» qaynaqlanır.
«Səcdə» surəsində Allahın insana Öz ruhundan «üfürdüyü» belə xəbər verilir:
«…O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona Öz ruhundan üfürdü…» («Səcdə» surəsi, 7-9).
Allahın Möminlərə Dəstəyi
Cahiliyyə cəmiyyətindəki insanlar xarakterlərini sahib olduqları güc və mövqelərinə görə formalaşdırırlar. Özlərinə güvənməkləri üçün mütləq ya zəngin, ya məşhur, ya çox gözəl və ya yaraşıqlı olmalıdırlar. Ancaq mömin yalnız Allaha güvənərək yaşayar və möminin özünə güvənməsi üçün inkarçıların ehtiyac duyduğu maddi meyarların heç birinə ehtiyacı yoxdur. Çünki Allah daim möminlərlədir. Allah, “And olsun ki, Mən və elçilərim hökmən qalib gələcəyik!” (Mücadilə Surəsi, 21) hökmünün sirri ilə elçilərini və onlara tabe olan möminləri hər zaman qalib edər. Mömin bütün dünyanın qarşısında tək başına olsa belə üstün gələr. Allah rəsuluna belə bildirir:
Əgər onlar səni aldatmaq istəsələr, (bil ki,) sənə Allah yetər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi. (Ənfal Surəsi, 62)
Unudulmamalıdır ki, insanlara yolları açan, müvəffəqiyyət qazandıran, onları inkişaf etdirən, gücləndirən Allahdır. İnsanın öz müvəffəqiyyəti üçün düşündüyü səbəblər bu müvəffəqiyətin əldə olunması üçün kifayət deyil. Oxumağa davam et