Təkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi bir qanun, sübut edilmiş bir həqiqət deyil, elmilik pərdəsi ilə cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları bir növ hiylə, saxtakarlıq, təhrif, yalan və göz pərdələmədən ibarət təlqin və təbliğat üsullarıdır. Oxumağa davam et
holci kompleksi
Təkamül nəzəriyyəsinin əsassız olduğunun ispat edilməsi yaradılışın doğruluğunu necə göstərir?

Həyatın yer üzündə necə meydana gəldiyini soruşduqda qarşımıza iki fərqli cavab çıxır:
- Bu cavablardan birincisi canlıların təkamül yolu ilə meydana gəlməsidir. Bu iddianın tərəfdarı olan təkamül nəzəriyyəsinə görə, həyat təsadüflərlə ortaya çıxan ilk hüceyrədən başlamışdır. Bu canlı hüceyrə də yenə təsadüflər nəticəsində inkişaf edərək təkamül keçirmiş və şaxələnərək dünyadakı milyonlarla fərqli növü əmələ gətirmişdir.
- İkinci cavab isə yaradılışdır. Canlıların hamısını bütün kainata hakim olan Allah yaratmışdır. Təkamüllə meydana gəlməsi heç cür mümkün olmayan həyat və milyonlarla canlı növü bugünkü kimi əskiksiz, qüsursuz və üstün bir yaradılışa malikdirlər. Ən bəsit görünən canlı növləri belə öz-özünə, təbii şərtlərlə və təsadüflərlə əmələ gəlməyəcək qədər mürəkkəb quruluş və sistemlərə malik olması bunun açıq dəlilidir.
Təkamül Nəzəriyyəsinin Süqutu və İdeoloji Səbəbləri
Təkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi qanun, sübut edilmiş həqiqət deyil, elmilik pərdəsi altında cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları hiylə, saxtakarlıq, təhrif, yalanlardan ibarət təlqin və təbliğat üsullarıdır.
XIX əsrin bəsit elmi məlumatları ilə xəyali fərziyyə kimi irəli sürülən təkamül nəzəriyyəsi bu günə qədər heç bir elmi fakt və ya təcrübə vasitəsilə sübut edilə bilinməmişdir. Əksinə, nəzəriyyənin iddialarını əsaslandırmaq üçün istifadə edilən bütün üsullar belə bir nəzəriyyənin əsassızlığını sübut etmişdir.
Ancaq bir çox insan, Oxumağa davam et