Hörümçəyin yabanı arını ovlama səhnəsini əks etdirən 110 milyon il yaşı olan fosillər

imagesPaleontoloqlar hörümçəklə yabanı arının kəhrəba içində mükəmməl şəkildə qorunmuş fosilini tapıblar. Myanmada tapılmış fosilin təxminən 97-110 milyon il yaşında olduğu bildirilir. Ən maraqlısı budur ki, hörümçəyin yabanı arını ovlama səhnəsi bütün incəlikləri ilə kəhrəbanın içində mükəmməl şəkildə qalmışdır.

Amerikanın Oreqon Universitetindən (Oregon State University) zoologiya üzrə professor Corc Poynar (George Poinar): “Cavan hörümçək balaca yabanı arını yeməyə hazırlaşırdı, lakin bu ona qismət olmayıb. Bitkidən axan qətran hər ikisini əhatəyə alaraq udub və hörümçəyi əbədi intizarda qoyub”. Oxumağa davam et

Saç Telindən Hörümçək İpəyinə

Keratin saç tellərinin parlaqlığını necə təmin edir?

Saç kremi istifadə etdikdən sonra saç tellərinin bir-birinə qarışmadan asanlıqla açılması keratinin hansı xüsusiyyətindən qaynaqlanır?

Dırnaq, quş tükü, dəri, ipək, yun kimi bir-birindən çox fərqli maddələrin tərkib hissəsi olan keratinin ən əsas xüsusiyyəti nədir?

Kainatın hər yerində, ən kiçik zərrəsində belə Rəbbimizin elmini göstərən böyük yaradılış var. Biz hər tərəfi molekulların birləşməsindən meydana gəlmiş dünyada yaşayırıq. Bəzi molekullar qoxu və dad əmələ gətirir. Bəziləri havada uçur, bəziləri bədənimizi, bəziləri də suyun dərinliyindəki ehtişamlı gözəllikləri əmələ gətirirlər. Qısaca desək, həyatımızdakı hər şey molekuldur. İnsan həyatının hər tərəfini əhatə edən bu molekullardan biri də bir-birindən tamamilə fərqli formalar meydana gətirən və xüsusilə qoruyucu xassəsi ilə fərqlənən keratindir. Oxumağa davam et