İMAM QƏZALİ (1058-1111)

İmam Qəzali XI əsrin sonu – XII əsrin əvvəllərində yaşamışdır və dövrünün mücəddidi qəbul edilən böyük İslam alimlərindən biridir. Yaşadığı dövrdə üstün əxlaqı ilə diqqət çəkmiş, bir çox sahədə elm sahibi olması və güclü mühakimə qabiliyyəti ilə təkcə İslam aləmində deyil, Qərbdə də tanınmışdır.

“Allahın verdiyi neməti Onun sevdiyi yerdə xərcləmək şükür, sevmədiyi yerdə istifadə etmək isə küfrani-nemətdir (neməti inkar etməkdir)”.

İmam Qəzali həyatını Quran əxlaqında dərinləşməyə və İslam əxlaqının gözəlliklərini insanlara izah etməyə həsr etmiş böyük İslam alimidir. Bu səbəbdən, elmi və dini mövzularda dərin bilik sahibi olmağa cəhd etmişdir. Xüsusilə qədim yunan fəlsəfəsindən qaynaqlanan Qurana zidd inanc və fikirləri təsirli üslubla təkzib etmiş və bütün bunlara qarşı Quran əxlaqını daima ön plana çıxarmışdır. Dərin elminə görə, “İslamın dəlili, İslamın haqq olduğunun sübutu” mənalarını verən “Hüccətül-İslam” və “Zeynüd-din” adları ilə tanınmışdır. Oxumağa davam et