Diqqətli Nəzarətçi: Hüceyrə Qılafı

Çox güclü təhlükəsizlik tədbirləri görülən, zərərli heç bir şeyin qapıdan içəri qoyulmadığı, içəri giriş üçün çox dəqiq yoxlamaların edildiyi və gələnlərin ancaq bu şəkildə içəri buraxıldığı bir bina düşünün. Ancaq bütün bunları binanın özü etsin. Bayırdan heç bir müdaxilə, heç bir kömək almadan bina canlı kimi hərəkət etsin. Binanın düşünürmüş kimi hərəkət etməsi, yəni təhlükəsizlik yoxlamalarını kompüterin köməyilə etməsi, şəxsiyyətin yoxlamasını aparması dövrümüzün texnologiyası ilə mümkün ola bilər. Bəs belə bir sistemin 1 millimetrin 100 mində biri qədər yerə yerləşdirildiyini desək nə düşünərsiniz? Oxumağa davam et

Saniyədə 500 Dəfə Çırpınan Qanadlar

Ağcaqanad, qanadlarını “saniyədə” təxminən “500 dəfə” çırpır. İnsan, öz qollarıyla bu hərəkəti olduqca məhdud sayda reallaşdıra bildiyi halda, o bunu bir saniyədə 500 dəfə edir. Saniyədə 500 dəfə fasiləsiz hərəkət edən belə güclü mexanizm süni olaraq yaradıla bilməz. Müxtəlif  vasitələrlə yaradılan buna bənzər mexanizmlər, sürtünmənin şiddətindən qısa müddət sonra yanır. Amma ağcaqanad, həyatı boyunca uçduğu hər saniyədə qanadlarını bu tezliklə çırpır və heç bir problem yaşamır. Hətta bu üstün xüsusiyyətli qanadlar ona yüksək sürətdə, istədiyi istiqamətə, istədiyi məsafəyə uçma imkanı verir, eyni zamanda manevr və eniş qabiliyyətlərini də ən mükəmməl şəkildə reallaşdırmasını təmin edir.

Oxumağa davam et