Bioloji Kompyuter Üçün İlk Addım Atılıb

Alimlər elektronlarla işləyən kompyuterləri bioloji formaya keçirmək istəyirlər. Amerikalı tədqiqatçılar kimyəvi130329biyolojikk8.hlarge reaksiyalar vasitəsilə məlumat saxlayan və əməliyyatlar yerinə yetirən bioloji kompyuterlər icad etmək üçün elmi fəaliyyətə başlayıb.
Kompyuterlər daxil olmaqla, bir çox elektron cihaz elektronların axınını təmin edən tranzistorlarla işləyir. ABŞ-da tədqiqatçılar isə tranzistorları genetik məlumat daşıyan nuklein turşuları olan DNT və RNT-dən düzəldərək kompyuter sahəsində inqilab etməyə hazırlaşırlar.
Tədqiqat uğurla nəticələnsə, bioloji kompyuterlər silikondan hazırlanmış kompyuterlərdən tamamilə fərqli olacaq. Monitoru və klaviaturası olmayan bioloji kompyuterlər kompyuterdən daha çox yan-yana düzülmüş kiçik maye qutucuqları xatırladır. Oxumağa davam et